CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Allahşükür Paşazadə və dini konfessiya rəhbərləri qan verib

© Photo : APAAllahşükür Paşazadə Aşura günü ilə əlaqədar qanvermə aksiyasında
Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar qanvermə aksiyasında - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Abunə olmaq
Tədbirdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.
BAKI, 8 avqust — Sputnik. Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyaları davam edir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, eyni zamanda dini konfessiya rəhbərləri qanvermə aksiyasında iştirak edib.
Tədbirdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.
© Photo : APAAllahşükür Paşazadə Aşura günü ilə əlaqədar qanvermə aksiyasında
Aşura günü ilə əlaqədar qanvermə aksiyaları  - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar qanvermə aksiyasında
Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib.
Avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.
Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı "Təzə Pir" məscidində qanvermə aksiyası olacaq.
Bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.
© Photo : APAAllahşükür Paşazadə Aşura günü ilə əlaqədar qanvermə aksiyasında
Aşura günü ilə əlaqədar qanvermə aksiyaları  - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar qanvermə aksiyasında
QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.
Bildirilib ki, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq Məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını QMİ-yə təqdim etməlidirlər.
Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.
Qeyd edək ki, avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.
Xəbər lenti
0