https://sputnik.az/20220808/acliqdan-qorxanlar-qerb-rusiyaya-qarsi-sanksiyalar-meselesinde-niye-geri-addim-atdi-444793518.html
Aclıqdan qorxanlar: Qərb Rusiyaya qarşı sanksiyalar məsələsində niyə geri addım atdı?
Aclıqdan qorxanlar: Qərb Rusiyaya qarşı sanksiyalar məsələsində niyə geri addım atdı?
Sputnik Azərbaycan
Qərbin güzəştləri Rusiyaya qarşı sanksiyaların düzgün işləmədiyinin və Aİ iqtisadiyyatına ziyan vurduğunun etirafıdır. Aİ ölkələrinin əhalisi inflyasiyanın... 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T14:08+0400
2022-08-08T14:08+0400
2022-08-08T14:08+0400
təhlil
qərb
sanksiyalar
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071540_0:160:3072:1888_1920x0_80_0_0_30600d954840ea35f3fb516f407cf70c.jpg
BAKI, 8 avqust — Sputnik. Sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını zəiflətmək məsələsində Qərbin qətiyyətli münasibəti aktuallığını itirmək üzrədir. Belə ki, Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatının ilk günlərindən Rusiya Federasiyasından enerji ehtiyatlarının ixracı da daxil olmaqla, sanksiyaların tətbiq edilməsi zərurətini bəyan edən ABŞ bu gün Rusiya iqtisadiyyatının sabitliyi ilə döyüşənlərin sıralarını ilk tərk edənlər sırasındadır.Ötən ayın sonunda Vaşinqton Rusiya Federasiyası ilə bir sıra sahələrdə, o cümlədən gübrə, qida məhsulları, toxum, dərman və tibbi avadanlıqların tədarükü ilə bağlı əməliyyatlar üçün pulun qəbulu və köçürülməsi üzrə əməliyyatlara icazə vermək qərarına gəlib.Bundan əlavə, ABŞ Rusiyanın "Alfa-Bank"ının Qazaxıstan filialına qoyulan məhdudiyyətləri aradan qaldırıb ki, bu da maliyyə strukturuna ABŞ və Qərb ölkələrindəki kontragentlərlə bir sıra maliyyə əməliyyatları aparmağa imkan verəcək.Öz ideoloqlarının ardınca Avropa Birliyi və Böyük Britaniya da sanksiyalardan qismən imtina etmək qərarına gəlib. Belə ki, Böyük Britaniyanın xarici ticarət departamenti aviasiya sənayesinin sığortası sahəsində Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarına gəlib.Rusiya neftinin üçüncü ölkələrə tədarükü və Rusiyanın ərzaq ixracatının ödənilməsi üçün maliyyə əməliyyatlarına qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.Bundan əlavə, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qismən yumşaltmaq və ərzaq ixracı naminə bəzi bankların bəzi aktivlərini blokdan çıxarmaq qərarına gəlib. Və bu heç də hamısı deyil. Aİ və Böyük Britaniya qlobal enerji böhranı qorxusuna görə, Rusiya neftinin dənizlə daşınmasının sığortasına tam qadağanın tətbiqini təxirə salmaq qərarına gəliblər.Aclıq və soyuq məcbur edirAİ və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarı iqtisadi tənəzzül və inflyasiya döngəsindən çıxmaq cəhdindən başqa bir şey deyil.Son araşdırmalara görə, Almaniya, Fransa, İtaliya və İspaniya da daxil olmaqla, Aİ-nin bəzi ən böyük ölkələrinin sakinləri qarşıdan gələn ildə iqtisadi vəziyyətin pisləşməsini gözləyirlər.Avropa Mərkəzi Bankının (AMB) məlumatına görə, avropalı istehlakçılar bir il ərzində daha yüksək inflyasiya, daha mənfi iqtisadi dinamika və daha çox işsizlik gözləyirlər.Qərbin problemi həm də ondan ibarətdir ki, əvvəllər iqtisadi vəziyyətin pisləşdiyinə görə hakimiyyəti tənqid edən vətəndaşlar indi də haqlı olaraq hökumətləri qeyri-adekvat qərarlar verməkdə ittiham edirlər.Belə ki, Aİ və ABŞ vətəndaşları sanksiyaların Rusiya iqtisadiyyatına qarşı səmərəsizliyinə görə zəiflədiyini başa düşürlər - seçicilər görürlər ki, hökumətin tələsik və yanlış addımları Avropanın özündə iqtisadi böhrandan başqa heç nəyə gətirib çıxarmayıb.Qərb Rusiya karbohidrogenlərindən imtina etməyə hazır deyilİqtisadçı Aleksandr Karavayevin fikrincə, bu gün vəziyyət çox hərəkətlidir və bir çox məqamlar, xüsusən üçüncü ölkələrdə (Böyük Britaniya və Aİ deyil) istehlakçıların neft sığortasına icazə verilməsi Qərbin sığortalandığını və Rusiya karbohidrogenlərindən tam imtina etməyə hazır olmadığını göstərir.İqtisadçı qeyd edib ki, eyni vəziyyət Rusiya titanının tədarükü ilə, daha əvvəl isə Rusiya Federasiyasından taxıl və ərzaq məhsullarının birbaşa sanksiyalardan çıxarılması ilə baş verib."Amma bir daha təkrar edirəm - bütün bunlar təsir üçün yeni sahələr axtaracaq sanksiyaların sərtləşdirilməsi ilə paralel olaraq baş verir. Məsələn, avqustun sonunda Avropa komissiyasında turist vizalarının verilməsinə qadağa qoyulması məsələsi müzakirə olunacaq", - deyə Karavayev sözünü yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438071540_171:0:2902:2048_1920x0_80_0_0_ced614cce3cfc8a75c392530b8b47a39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qərb, sanksiyalar, rusiya
qərb, sanksiyalar, rusiya
Aclıqdan qorxanlar: Qərb Rusiyaya qarşı sanksiyalar məsələsində niyə geri addım atdı?
Qərbin güzəştləri Rusiyaya qarşı sanksiyaların düzgün işləmədiyinin və Aİ iqtisadiyyatına ziyan vurduğunun etirafıdır. Aİ ölkələrinin əhalisi inflyasiyanın yüksəlməsini, işsizliyin və iqtisadi dinamikanın pisləşməsini gözləyir.
BAKI, 8 avqust — Sputnik. Sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını zəiflətmək məsələsində Qərbin qətiyyətli münasibəti aktuallığını itirmək üzrədir. Belə ki, Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatının ilk günlərindən Rusiya Federasiyasından enerji ehtiyatlarının ixracı da daxil olmaqla, sanksiyaların tətbiq edilməsi zərurətini bəyan edən ABŞ bu gün Rusiya iqtisadiyyatının sabitliyi ilə döyüşənlərin sıralarını ilk tərk edənlər sırasındadır.
Ötən ayın sonunda Vaşinqton Rusiya Federasiyası ilə bir sıra sahələrdə, o cümlədən gübrə, qida məhsulları, toxum, dərman və tibbi avadanlıqların tədarükü ilə bağlı əməliyyatlar üçün pulun qəbulu və köçürülməsi üzrə əməliyyatlara icazə vermək qərarına gəlib.
Bundan əlavə, ABŞ Rusiyanın "Alfa-Bank"ının Qazaxıstan filialına qoyulan məhdudiyyətləri aradan qaldırıb ki, bu da maliyyə strukturuna ABŞ və Qərb ölkələrindəki kontragentlərlə bir sıra maliyyə əməliyyatları aparmağa imkan verəcək.
Öz ideoloqlarının ardınca Avropa Birliyi və Böyük Britaniya da sanksiyalardan qismən imtina etmək qərarına gəlib. Belə ki, Böyük Britaniyanın xarici ticarət departamenti aviasiya sənayesinin sığortası sahəsində Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarına gəlib.
Rusiya neftinin üçüncü ölkələrə tədarükü və Rusiyanın ərzaq ixracatının ödənilməsi üçün maliyyə əməliyyatlarına qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.
Bundan əlavə, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qismən yumşaltmaq və ərzaq ixracı naminə bəzi bankların bəzi aktivlərini blokdan çıxarmaq qərarına gəlib. Və bu heç də hamısı deyil. Aİ və Böyük Britaniya qlobal enerji böhranı qorxusuna görə, Rusiya neftinin dənizlə daşınmasının sığortasına tam qadağanın tətbiqini təxirə salmaq qərarına gəliblər.
Aclıq və soyuq məcbur edir
Aİ və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarı iqtisadi tənəzzül və inflyasiya döngəsindən çıxmaq cəhdindən başqa bir şey deyil.
Son araşdırmalara görə, Almaniya, Fransa, İtaliya və İspaniya da daxil olmaqla, Aİ-nin bəzi ən böyük ölkələrinin sakinləri qarşıdan gələn ildə iqtisadi vəziyyətin pisləşməsini gözləyirlər.
Avropa Mərkəzi Bankının (AMB) məlumatına görə, avropalı istehlakçılar bir il ərzində daha yüksək inflyasiya, daha mənfi iqtisadi dinamika və daha çox işsizlik gözləyirlər.
Qərbin problemi həm də ondan ibarətdir ki, əvvəllər iqtisadi vəziyyətin pisləşdiyinə görə hakimiyyəti tənqid edən vətəndaşlar indi də haqlı olaraq hökumətləri qeyri-adekvat qərarlar verməkdə ittiham edirlər.
Belə ki, Aİ və ABŞ vətəndaşları sanksiyaların Rusiya iqtisadiyyatına qarşı səmərəsizliyinə görə zəiflədiyini başa düşürlər - seçicilər görürlər ki, hökumətin tələsik və yanlış addımları Avropanın özündə iqtisadi böhrandan başqa heç nəyə gətirib çıxarmayıb.
Qərb Rusiya karbohidrogenlərindən imtina etməyə hazır deyil
İqtisadçı Aleksandr Karavayevin fikrincə, bu gün vəziyyət çox hərəkətlidir və bir çox məqamlar, xüsusən üçüncü ölkələrdə (Böyük Britaniya və Aİ deyil) istehlakçıların neft sığortasına icazə verilməsi Qərbin sığortalandığını və Rusiya karbohidrogenlərindən tam imtina etməyə hazır olmadığını göstərir.
"Ən azı qarşıdan gələn qış bitənə qədər. Digər tərəfdən, onlar yeni sanksiyalar paketlərini qəbul etməyə davam edəcəklər. Nəticədə, Rusiya iqtisadiyyatı ilə tam iqtisadi pərdə haqqında siyasi qərar və onun resurslarından istifadə etmək imkanı arasında "bufer vasitəçilər sistemi" vasitəsilə balans yaranacaq", - deyə Karavayev Sputnik Azərbaycan-a bildirib.
İqtisadçı qeyd edib ki, eyni vəziyyət Rusiya titanının tədarükü ilə, daha əvvəl isə Rusiya Federasiyasından taxıl və ərzaq məhsullarının birbaşa sanksiyalardan çıxarılması ilə baş verib.
"Amma bir daha təkrar edirəm - bütün bunlar təsir üçün yeni sahələr axtaracaq sanksiyaların sərtləşdirilməsi ilə paralel olaraq baş verir. Məsələn, avqustun sonunda Avropa komissiyasında turist vizalarının verilməsinə qadağa qoyulması məsələsi müzakirə olunacaq", - deyə Karavayev sözünü yekunlaşdırıb.