https://sputnik.az/20220807/kitabi-dede-qorqud-indiki-ermenistanin-qedim-azerbaycan-torpagi-oldugunu-deyir---alimler-444768632.html
"Kitabi-Dədə Qorqud" indiki Ermənistanın qədim Azərbaycan torpağı olduğunu deyir - Alimlər
"Kitabi-Dədə Qorqud" indiki Ermənistanın qədim Azərbaycan torpağı olduğunu deyir - Alimlər
Sputnik Azərbaycan
"Oğul atadan görməyincə öyüd almaz, qız anadan görməyincə süfrə açmaz" - "Kitabi-Dədə Qorqud" hikmətləri tədqiqatçıların dili ilə... 07.08.2022, Sputnik Azərbaycan
2022-08-07T17:44+0400
2022-08-07T17:44+0400
2022-08-07T17:55+0400
oğuz
azərbaycan xəbərləri
"kitabi dədə qorqud"
ermənistan
azərbaycan
göyçə mahalı
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992652_0:160:3073:1888_1920x0_80_0_0_5e147914cc2473a1c4fe594d3619c3df.jpg
BAKI, 22 iyul — Sputnik. Bu yaxınlarda Türkiyənin Bayburt şəhərində XXVI Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı baş tutub. Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru dosent Nailə Əskər festivalda çıxışı zamanı bildirib ki, "Kitabi-Dədə Qorqud" dastanı orada rast gəldiyimiz adların, hadisələrin cərəyan etdiyi coğrafiyanın türk xalqlarına aid olduğunu tam şəkildə sübut edir.Onun fikrincə, bu məntiqlə əsaslandıra bilirik ki, "Kitabi-Dədə Qorqud" dastanı indiki Ermənistan ərazisinin qədim Oğuz eli olduğunu təsdiq edən ən əsaslı mənbədir. Dədə Qorqud türk xalqlarının tarixi-mənəvi birliyinin bərpası üçün güclü stimuldur.Mövzunu AMEA-ın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, qorqudşünas-alim Nigar Həsənova ilə müzakirə etdik.Qorqudşünas-alimin sözlərinə görə, "Kitabi-Dədə Qorqud" dastanındakı adət-ənənələr, oradakı yer adları bir daha sübut edir ki, indiki Ermənistan qədim Azərbaycan torpağı olub:"Kitabi-Dədə Qorqud" motivləri əsasında yüzlərlə əsərlər yaranıb. Bunlardan da ən məşhuru Anar Rzayevin ssenarisi əsasında rejissor Tofiq Tağızadənin 1975-ci ildə lentə aldığı "Dədə Qorqud" filmidir. Bəs film dastanı nə dərəcədə əhatə edə bilibmi?Nigar xanımın sözlərinə görə, film Sovet dönəmində lentə alındığına görə, həmin dönəmin təsiri filmdə özünü göstərir:Müsahibimizin sözlərinə görə, sözügedən dastan haqqında illər öncə film çəkmək planlaşdırılsa da sonradan müəyyən səbəblərdən çəkiliş təxirə düşüb. Onun sözlərinə görə, qorqudşünasların gözü hələ də yoldadır, onlar filmin çəkilməyini böyük səbirsizliklə gözləyirlər:Qeyd edək ki, 2013-cü ildə Prezident İlham Əliyev "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii serialın çəkilməsi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, filmin çəkilişi üçün prezidentin ehtiyat fondundan bir milyon manat vəsait də ayrılmışdı. Dövlət büdcəsi hesabına çəkilmiş digər filmlər kimi bu bədii serialın da bəxti açılmayıb.Müsahibimiz deyir ki, onun çalışdığı Dədə Qorqud şöbəsi bunu çox arzulayır:Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev dastanın formalaşdığı ərazilərdən bəhs edib. Onun sözlərinə görə, dastandakı hadisələr Göyçə gölünün ( hazırkı Ermənistan ərazisindəki Sevan gölü) ətrafında cərayan edir:Xatırladaq ki, ki, Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi "Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992652_170:0:2901:2048_1920x0_80_0_0_1c64e880bab729cac1ccf1a8471d65df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oğuz, "kitabi dədə qorqud", ermənistan, azərbaycan, göyçə mahalı
oğuz, "kitabi dədə qorqud", ermənistan, azərbaycan, göyçə mahalı
"Kitabi-Dədə Qorqud" indiki Ermənistanın qədim Azərbaycan torpağı olduğunu deyir - Alimlər
17:44 07.08.2022 (Yenilənib: 17:55 07.08.2022) "Oğul atadan görməyincə öyüd almaz, qız anadan görməyincə süfrə açmaz" - "Kitabi-Dədə Qorqud" hikmətləri tədqiqatçıların dili ilə...
BAKI, 22 iyul — Sputnik. Bu yaxınlarda Türkiyənin Bayburt şəhərində XXVI Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı baş tutub. Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru dosent Nailə Əskər festivalda çıxışı zamanı bildirib ki, "Kitabi-Dədə Qorqud" dastanı orada rast gəldiyimiz adların, hadisələrin cərəyan etdiyi coğrafiyanın türk xalqlarına aid olduğunu tam şəkildə sübut edir.
Onun fikrincə, bu məntiqlə əsaslandıra bilirik ki, "Kitabi-Dədə Qorqud" dastanı indiki Ermənistan ərazisinin qədim Oğuz eli olduğunu təsdiq edən ən əsaslı mənbədir. Dədə Qorqud türk xalqlarının tarixi-mənəvi birliyinin bərpası üçün güclü stimuldur.
Mövzunu AMEA-ın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, qorqudşünas-alim Nigar Həsənova ilə müzakirə etdik.
Qorqudşünas-alimin sözlərinə görə, "Kitabi-Dədə Qorqud" dastanındakı adət-ənənələr, oradakı yer adları bir daha sübut edir ki, indiki Ermənistan qədim Azərbaycan torpağı olub:
"Təkcə toponimlər (coğrafi adlar, yer adları) yox, antroponimlər (müxtəlif şəxs adlarının məcmusunu bildirən termin, insana aid hər hansı bir xüsusi ad), dövlətçilik ənənələri sübut edir ki, bu dastan bizimdir. Orada dövlətçilik ənənələri də bir daha sübut edir ki, bu dastan türk xalqlarının dastanıdır. Nailə xanımın sözünə qüvvət olaraq deyə bilərəm ki, dastan indiki Ermənistan ərazisinin qədim Oğuz eli, bizim torpaqlarımız olduğunu təsdiq edən ən tutarlı mənbədir".
"Kitabi-Dədə Qorqud" motivləri əsasında yüzlərlə əsərlər yaranıb. Bunlardan da ən məşhuru Anar Rzayevin ssenarisi əsasında rejissor Tofiq Tağızadənin 1975-ci ildə lentə aldığı "Dədə Qorqud" filmidir. Bəs film dastanı nə dərəcədə əhatə edə bilibmi?
Nigar xanımın sözlərinə görə, film Sovet dönəmində lentə alındığına görə, həmin dönəmin təsiri filmdə özünü göstərir:
"Deməzdim ki, film zəifdir, amma o dönəm üçün çəkilmiş ən yaxşı filmlərdən biridir. Amma dastanı tam əhatə edə bilməyib. Buna baxmayaraq, gənc nəsil o filmdən də nələrisə əxz edə bilərlər".
Müsahibimizin sözlərinə görə, sözügedən dastan haqqında illər öncə film çəkmək planlaşdırılsa da sonradan müəyyən səbəblərdən çəkiliş təxirə düşüb. Onun sözlərinə görə, qorqudşünasların gözü hələ də yoldadır, onlar filmin çəkilməyini böyük səbirsizliklə gözləyirlər:
"Kitabi-Dədə Qorqud" dastanı bildiyimiz kimi, 1 müqəddimə, 12 boydan ibarətdir. On iki seriyalı filmin çəkilməsi daha yaxşı olardı. Çünki, bu dastan uşaqların, gənclərin də yaddaşına həkk olunardı. Hətta təxminən 7-8 il öncə sözügedən dastanla bağlı çoxserialı film çəkiləcəyi barədə danışılırdı. Nədənsə dayandırldı. Əgər maliyyə imkanları olsa, daha artıq seriya çəkmək olar. Amma 12 seriya olmasının özü də pis olmazdı. Bununla bağlı hələ o zamanlar gəlib bizdən məsləhətlər də aldılar. Amma heç bir səs-soraq olmadı".
Qeyd edək ki, 2013-cü ildə Prezident İlham Əliyev "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii serialın çəkilməsi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, filmin çəkilişi üçün prezidentin ehtiyat fondundan bir milyon manat vəsait də ayrılmışdı. Dövlət büdcəsi hesabına çəkilmiş digər filmlər kimi bu bədii serialın da bəxti açılmayıb.
Müsahibimiz deyir ki, onun çalışdığı Dədə Qorqud şöbəsi bunu çox arzulayır:
"Qloballaşan dünyamızda bu serialın çəkilməsi çox vacibdir. Dastanda belə bir hissə var: "Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg, Qonağı gəlməyən qara evlər yıqılsa yeg". Burada "qara" böyük anlamına gəlir. Bu gün qohumlar, doğmalar bir-birindən ayrı düşüblər. Heç kim heç kimin qapısını açmır. Hər kəs telefonla doğmaları ilə hal-əhval tutur. Dastanda bəzi məqamlar var ki, onlar filmdə daha qabarıq əks olunsa çox yaxşı olar. Məsələn, bu dastanda ailə hüququ çox gözəl əks olunub. Filmdə də verilsə, pis olmazdı. Orada elə gözəl kəlmələr var ki, oğul atadan görməyincə öyüd almaz, qız anadan görməyincə süfrə açmaz. Bu kimi misallar çoxdur. O düşüncə çəkiləcək filmdə qabardılsa çox müsbət olar".
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev dastanın formalaşdığı ərazilərdən bəhs edib. Onun sözlərinə görə, dastandakı hadisələr Göyçə gölünün ( hazırkı Ermənistan ərazisindəki Sevan gölü) ətrafında cərayan edir:
"Boylarda Dağ Borçalısı deyilən ərazidən Naxçıvana qədər olan əraziləri əhatə edir. Dastanın qədim qatı da var. VII-IX əslərdə epos formalaşıb. Həmin dövrdə yaranmış dastan Qərbi Azərbaycanda formalaşıb. Dastanın dili də həmin bölgənin dialektinə daha yaxındır".
Xatırladaq ki, ki, Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi "Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.