CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizdə batanlar xilas olunub

© AP Photo / Manu FernandezSuda boğulan, arxiv şəkli
Suda boğulan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Abunə olmaq
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 8 nəfər xilas olunub.
BAKI, 7 avqust - Sputnik. Gün ərzində FHN əməkdaşları tərəfindən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən ”Görədil” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", “Görədil” və "Astara" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.
Xəbər lenti
0