Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cizgi filmləri uşaqlarda erkən cinsi oyanıqlıq yaradır - Psixoloq rəyi

© Photo : Animaccord Animation Studio / 2009Maşa və Ayı cizgi filmindən kadr
Maşa və Ayı cizgi filmindən kadr - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Ekspert bildirir ki, zərərli təsirlərin olmaması üçün valideyn cizgi filminə övladından öncə baxmalıdır.
BAKI, 27 iyul — Sputnik. İnternetin əlçatanlığı, xüsusən də "Youtube" sosial şəbəkəsində zərərli multiplikasiya filmlərinin geniş yayılması azyaşlılarda davranış pozuntularına səbəb olur. Son zamanlar müxtəlif sosial şəbəkələrdə bununla bağlı validyenlərin şikayətlərini özündə əks etdirən geniş statuslar paylaşılır.
Maraqlıdır, bu cür multiplikasiya filmləri əsasən hansı mənfi nəticələrə səbəb olur?
Psixoloq Elnarə Baxışlı deyir ki, xüsusən son dövrlər Koreya istehsalı olan cizgi filmləri ilə bağlı çoxsaylı şikayətlər gəlir və həmin ekran əsərlərini izləyənlərdə böyük davranış pozuntuları müşahidə edilir:

"Əvvəllər "Maşa və medved" multiplikasiya filminin təhlükəli olduğunu deyirdiksə, indi ondan da təhlükəli olan filmlər var. Koreya mənşəli film və animasiyalar da çox zərərlidir. Burada açıq şəkildə fərqli həyat tərzi, seksual davranışlar təbliğ edilir. Bundan başqa, belə multiplikasiya filmlərində intiharlar dəstəklənir, onlar açıq şəkildə göstərilir. Yəni, "Maşa və medved", "Simpson"larda üstüörtülü mesajlar verilirdisə, yeni çəkilən multiplikasiya filmlərində əksinə, daha açıq şəkildə mesajlar ötürülür".

Qeyd olunan multfilmlərin zərərləri və valideynlərin əsas şikayəti
Psixoloq bildirir ki, "Eyes", "Ölüm dərsləri", "Naruda", buna bənzər filmlər də uşaqlar üçün təhlükəlidir və davranış pozuntularına gətirir:

"Bu cür multfilmlərdə homoseksuallıq, bullinq də geniş təbliğ olunur. Bundan başqa, uşaqlarda erkən cinsi oyanıqlıq yaradılır, alkaqol, energetik içkilər, həddindən artıq azadlıq təbliğ edilir. Beləliklə, istədiyi həyatı yaşamaq üçün uşaqlar daha üsyankar olur".

O deyir ki, belə uşaqlar yaşına görə münasibətlər yaratmaqda çətinlik çəkir, yaşına uyğun geyinmir:
"Valideyn istəmir ki, oğlan övladının saçı rəngli olsun, yaxud da dar geysin. Valideynlər deyir ki, istəmirik ki, qız övladımız oğlan tərzində geyinsin, boynundan zəncir assın, burnu pirsinqli olsun".
Bundan başqa, mütəxəssis bildirir ki, belə uşaqlar avara əhatə yaratmaqda maraqlı olur, məsuliyyətsiz həyat tərzinə daha çox meyilli olurlar, təhsildən uzaqlaşırlar.

"Qeyd olunan multfilmlərdə cinsi azlıqların bərəbarliliyi də tələb olunur, cinsi azlıqlar təbliğ olunur. Biz cinsi orientasiyanı, övladlarımızın cinslərini dəyişməsini qəbul edirikmi?! Baxın, burada suallar çoxdur".

Ekpsert onu da bildirir ki, əvvəlki illərlə müqayisədə belə multfilmlərin artması ilə əlaqədar valideynlərin savaş-mübarizə obyektləri də artıb.
Yalnız multfilmlər deyil, ailə modellərinin də davranış pozuntulaırnda rolu var
Digər psixoloq Sara Niftulllayeva isə deyir ki, zərərli multfilmlər və bununla yanaşı bəzi ailə modelləri də uşaqlarda davranış pozuntularına səbəb olur. O deyir ki, daha çox davranış pozuntuları avtoritar və hədsiz sərbəstlik verən ailə modellərində müşahidə edilir.
Psixoloqun sözlərinə görə, birinci modeldə daha çox aqressiya müşahidə edilir:
"Bundan başqa, əsassız adlandırdığımız - yəni valideynin hansısa qayda-qanun qoymadığı, yaxud da qoyduğu qaydaları özünün pozduğu ailələrdə də belə hallar müşahidə edilir".
Nə etməli?
Psixoloq Fərqanə Mehmanqızı bildirir ki, uşaqların cizgi filmlərindən götürdükləri davranış əvvəlcə vərdişə, sonradan isə həyat tərzinə keçə, xarakterə çevrilə bilər:

"Bu zərərli təsirlərin olmaması üçün valideyn övladından öncə cizgi filminə baxmalıdır".

© Sputnik / Irade JELILPsixoloq Fərqanə Mehmanqızı
Psixoloq Fərqanə Mehmanqızı  - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Psixoloq Fərqanə Mehmanqızı
Psixoloq qeyd edir ki, uşağın davranışları korreksiya olunmalıdır və ona yaxşı, pisin nə olduğu aşılanmaldır.
"Maşa və medved" psixoloqlara axını artırıb, lakin psixoloqlar yaranan bu vəziyyətdən heç də məmnun deyillər
F.Mehmanqızı bildirir ki, belə pasientlərin kütləvi artımı heç bir psixoloq üçün faydalı deyil:
Maraqlıdır, psixoloqların ən zərərli hesab etdiyi multfilmlər hansılardır?
"Pokemon", "İnək və toyuq", "Spongebob squarepants", "Kayo", "WINX klub", "Ben və Hollinin kiçik krallığı", "Əzəmətli Morfin", "PEPE LE PEW" multfilmləri uşaqlar üçün daha zərərli hesab edilir. Psxioloqlar apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər ki, "Pokemon" azyaşlılara aqressiya aşılayır və doğru olmayan informasiyalar ötürür.
© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidИгровое приложение Pokemon Go от компании Nintendo
Игровое приложение Pokemon Go от компании Nintendo - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Игровое приложение Pokemon Go от компании Nintendo

"İnək və toyuq" isə azyaşlılarda yaşlarına görə çox zərərli hesab ediləcək cinsi davranışlar formalaşdırır. Burada çoxsaylı açıq-saçıq epizodlar, uşaqlar üçün zərərli olan ifadələr də yer alır.

Psixoloqlar xəbərdarlıq edərək qeyd edir ki, qısa müddətlik də olsa "Spongebob squarepants" cizgi filminə baxmaq azyaşlılarda mücərrəd düşüncələrin formalaşmasında mənfi təsirə malik olacaq. Aparılan tədqiqatlar da göstərir ki, filmin epizodlarda sürət tempinin yüksək olması uşaqlarda diqqətin cəmlənməsinə, verilən tapşırıqları vaxtında icra etməyə mənfi təsir edir.
Bu səbəbdən də psixoloqlar bildirir ki, azyaşlıları "Spongebob squarepants" kimi hər 11 saniyədə bir epizodun dəyişdiyi cizgi filmlərindən uzaqlaşdırmaq lazımdır.
"Kayo" multiplikasiya filminin baş qəhrəmanı isə azyaşlıları neqativ davranışlar təlqin edir. Bu "qəhrəman" daha çox eqoistliyi təbliğ edir, o paylaşmağı sevmir, dünyanın yalnız onun ətrafında döndüyünü düşünür.
"WINX klub"-də isə azyaşlılar üçün zərərli hesab edilən geyimlər təlqin edilir. Burada açıq-saçıqlıq təbliğ edilir. Adıçəkilən multfilmdə həmçinin öpüş səhnələri, həmçinin əxlaqsız kəlmələr də yer alır.
"Əzəmətli Morfin"də isə daha çox irqi ayrıseçkilik təbliğ edilir, "PEPE LE PEW"də isə daha çox zorakılıq nümayiş olunur.
Xəbər lenti
0