DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya konsulu Braziliyada niyə saxlandı - KİV

© Sputnik / Лаура КоробковаBraziliya polisi, arxiv şəkli
Braziliya polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Abunə olmaq
Yerli polis avropalı diplomatı ərini döyməkdə ittiham edir.
BAKI, 7 avqust - Sputnik. Braziliya polisi Almaniya konsulunu ərini öldürdüyü və sonra cinayəti ört-basdır etməyə çalışdığı iddiası ilə saxlayıb. Bu barədə Rusiya KİV-ləri "France-Press" agentliyinə istinadən xəbər yayıb.
Almaniya konsulu Uve Herbert Han bildirib ki, əri, Belçika vətəndaşı Valter Henri Maksimilian Biot cümə günü axşam saatlarında xəstələnib, yıxılaraq başı zədələnib və nəticədə ölüb.
Lakin polisin qənaətinə görə, sübutlar Biotun döyüldüyünü göstərir.
“Qurbanın yıxılması ilə bağlı konsulun verdiyi versiya məhkəmə-tibbi sübutlarla uyğun gəlmir”, - deyə Braziliya polisinin nümayəndəsi Camila Lourenko bildirib.
© Flickr / fluethardИзбиение, фото из архива
Избиение, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Избиение, фото из архива
Müayinə zamanı zərərçəkənin bədənində onun təpiklə vurulduğunu və silindrik əşya ilə döyüldüyünü göstərən qançırlar aşkar edilib.
Qeyd olunur ki, Braziliya polisi şənbə günü ərini öldürdüyü iddiası ilə bir alman diplomatının saxlanıldığını bəyan edib.
Xəbər lenti
0