https://sputnik.az/20220807/abs-ve-hindistan-gerginlik-bolgesinde-herbi-telimler-kecirecek-444763161.html
ABŞ və Hindistan gərginlik bölgəsində hərbi təlimlər keçirəcək
ABŞ və Hindistan gərginlik bölgəsində hərbi təlimlər keçirəcək
Sputnik Azərbaycan
Qeyd olunan təlimlərin keçiriləcəyi bölgə Hindistan və Çin sərhədinin keçən mübahisəli ərazinin yaxınlığında yerləşir. 07.08.2022, Sputnik Azərbaycan
2022-08-07T13:17+0400
2022-08-07T13:17+0400
2022-08-07T13:17+0400
dünya xəbərləri
hindistan
çin
təlim
abş
pentaqon
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444623541_0:241:3072:1969_1920x0_80_0_0_c2600b4b9097d66064fc27ed80140c5f.jpg
BAKI, 7 avqust — Sputnik. ABŞ və Hindistan silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxand əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcəklər. Təlimlər bölgəsi Hindistan və Çin sərhədinin keçən mübahisəli ərazinin yaxınlığında yerləşir. Bu barədə Hindistan ordusunun yüksək rütbəli mənbəyə istinadən CNN məlumat yayıb.Mənbənin sözlərinə görə, təlimlər 10 min fut (3 min metr) yüksəklikdə, Faktiki Nəzarət Xəttindən təxminən 95 km aralıda keçiriləcək.Pentaqon CNN-ə bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı onun azad və açıq Hind-Sakit Okean haqqında ümumi baxışının “ən mühüm elementlərindən biridir”.Bundan əvvəl Hindistan Çindən Ladaxın şərqindəki iki mübahisəli ərazidən qoşunların çıxarılmasını, həmçinin Depsanq düzənliyində üçüncü və ən böyük mübahisəli zonada birgə patrul xidməti məsələsini həll etməyi istəmişdi.Hindistan-Çin sərhədində həll edilməmiş ərazi mübahisələri səbəbindən müntəzəm olaraq toqquşmalar baş verir. 2021-ci ilin oktyabr ayında Çin Xalq Azadlıq Ordusunun 100-dən çox əsgəri Hindistanın özününkü hesab etdiyi əraziyə daxil olub. Münaqişə bir neçə saat davam edib. Nəticədə münaqişə danışıqlar yolu ilə həll olunub.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444623541_172:0:2903:2048_1920x0_80_0_0_f23074953424ce40e5d4a49afae039af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
hindistan, çin, təlim, abş, pentaqon
hindistan, çin, təlim, abş, pentaqon
ABŞ və Hindistan gərginlik bölgəsində hərbi təlimlər keçirəcək
Qeyd olunan təlimlərin keçiriləcəyi bölgə Hindistan və Çin sərhədinin keçən mübahisəli ərazinin yaxınlığında yerləşir.
BAKI, 7 avqust — Sputnik. ABŞ və Hindistan silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxand əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcəklər. Təlimlər bölgəsi Hindistan və Çin sərhədinin keçən mübahisəli ərazinin yaxınlığında yerləşir. Bu barədə Hindistan ordusunun yüksək rütbəli mənbəyə istinadən CNN məlumat yayıb.
Mənbənin sözlərinə görə, təlimlər 10 min fut (3 min metr) yüksəklikdə, Faktiki Nəzarət Xəttindən təxminən 95 km aralıda keçiriləcək.
Pentaqon CNN-ə bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı onun azad və açıq Hind-Sakit Okean haqqında ümumi baxışının “ən mühüm elementlərindən biridir”.
Bundan əvvəl Hindistan Çindən Ladaxın şərqindəki iki mübahisəli ərazidən qoşunların çıxarılmasını, həmçinin Depsanq düzənliyində üçüncü və ən böyük mübahisəli zonada birgə patrul xidməti məsələsini həll etməyi istəmişdi.
Hindistan-Çin sərhədində həll edilməmiş ərazi mübahisələri səbəbindən müntəzəm olaraq toqquşmalar baş verir. 2021-ci ilin oktyabr ayında Çin Xalq Azadlıq Ordusunun 100-dən çox əsgəri Hindistanın özününkü hesab etdiyi əraziyə daxil olub. Münaqişə bir neçə saat davam edib. Nəticədə münaqişə danışıqlar yolu ilə həll olunub.