DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ dövlət katibi: "Tayvanın müstəqilliyini dəstəkləmirik"

© AFP 2023 / OLIVIER DOULIERYABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Abunə olmaq
ABŞ dövlət katibi bildirib ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri məsələsi ötən ay Çinin xarici işlər naziri Van İ ilə müzakirə olunub.
BAKI, 7 avqust — Sputnik. ABŞ dövlət katibi Entoni Blinken Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kambocada keçirilən tədbirləri çərçivəsində ABŞ-ın Tayvanın müstəqilliyi ideyasını dəstəkləmədiyini və "vahid Çin" siyasətinə sadiq qaldığını bildirib.
Dövlət katibi bildirib ki, ABŞ-ın "vahid Çin" siyasətində heç nə dəyişməyib: "Biz heç bir tərəfin status-kvonun birtərəfli dəyişməsini istəmirik və Tayvanın müstəqilliyini dəstəkləmirik".
Blinken qeyd edib ki, Birləşmiş Ştatlar Tayvan boğazının hər iki tərəfində tərəflər arasında münaqişələrin sülh yolu ilə həllinə ümid edir.
Diplomat həmçinin vurğulayıb ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri məsələsi ötən ay Çinin xarici işlər naziri Van İ ilə müzakirə olunub.
"Biz Tayvanı uzun müddət müzakirə etdik, spikerin mümkün səfəri məsələsini qaldırdıq" - deyə dövlət katibi bildirib
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-ı Pelosinin Tayvana səfərinin ciddi nəticələri ilə hədələyib.
Nensi Pelosi avqustun 2-də Tayvana səfər edib. ABŞ Nümayəndələr Palatasının sədrinin Pekinin etirazlarına baxmayaraq, Taypeyə gəlişi ÇXR-in son dərəcə mənfi reaksiyasına səbəb olub. ABŞ siyasətinin müvafiq addımına cavab olaraq Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb və adaya müəyyən malların ixrac və idxalını qismən məhdudlaşdırıb.
Xəbər lenti
0