https://sputnik.az/20220806/herbcilerin-humanitar-anlasmasi-sabah-ukrayna-limanlarindan-dord-taxil-yuklu-gemi-cixacaq-444757698.html
Hərbçilərin humanitar anlaşması: Sabah Ukrayna limanlarından dörd taxıl yüklü gəmi çıxacaq
Hərbçilərin humanitar anlaşması: Sabah Ukrayna limanlarından dörd taxıl yüklü gəmi çıxacaq
Sputnik Azərbaycan
Türkiyənın Milli Müdafiə Naziri Hulusi Akarın təmasları, İstanbuldakı Birgə Koordinasiya Mərkəzində aparılan intensiv iş və koordinasiya nəticəsində sabah... 06.08.2022, Sputnik Azərbaycan
2022-08-06T23:45+0400
2022-08-06T23:45+0400
2022-08-06T23:45+0400
dünya xəbərləri
rusiya
türkiyə
ukrayna
taxıl
https://cdnn1.img.sputnik.az/img/42337/78/423377813_0:0:2000:1125_1920x0_80_0_0_90f824e24c659876bbea682ef04d4272.jpg
BAKI, 6 avqust - Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, bazar günü Ukrayna limanlarından taxıl daşıyan dörd yük gəmisinin çıxacağı gözlənilir.“Nazir Hulusi Akarın təmasları, İstanbuldakı Birgə Koordinasiya Mərkəzində aparılan intensiv iş və koordinasiya nəticəsində sabah Ukrayna limanlarından - biri Odessadan, üçü isə Çornomorskdan olmaqla dörd gəmi yola düşür”, - deyə məlumatda bildirilir. Humanitar əməliyyat İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin tərkibində rus zabitlərinin fəal iştirakı ilə planlaşdırılıb. TMMN bildirib ki, iyulun 22-də İstanbulda Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünya bazarlarına ərzaq və gübrələrin çatdırılması problemlərini həll etmək üçün bir-biri ilə əlaqəli iki sənəd imzalayıb. Sənədlər tək paket şəklindədir. Birincisi memoranduma əsasən, BMT Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətləri aradan qaldırmaq öhdəliyini öz üzərinə götürür.İkinci sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı alqoritmini müəyyənləşdirir. İkinci sənəd Rusiyanın təklif etdiyi alqoritmə əsaslanır və ona əsasən, Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından ticarət gəmilərinin təhlükəsiz çıxışı və geriyə dönüşü üçün dəniz humanitar dəhlizi yaradılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42337/78/423377813_178:0:1955:1333_1920x0_80_0_0_d0a0794af88cefa7f434f5f10d8e0b14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, türkiyə, ukrayna, taxıl
rusiya, türkiyə, ukrayna, taxıl
Hərbçilərin humanitar anlaşması: Sabah Ukrayna limanlarından dörd taxıl yüklü gəmi çıxacaq
Türkiyənın Milli Müdafiə Naziri Hulusi Akarın təmasları, İstanbuldakı Birgə Koordinasiya Mərkəzində aparılan intensiv iş və koordinasiya nəticəsində sabah Ukrayna limanlarından dörd gəmi yola düşəcək.
BAKI, 6 avqust - Sputnik. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, bazar günü Ukrayna limanlarından taxıl daşıyan dörd yük gəmisinin çıxacağı gözlənilir.
“Nazir Hulusi Akarın təmasları, İstanbuldakı Birgə Koordinasiya Mərkəzində aparılan intensiv iş və koordinasiya nəticəsində sabah Ukrayna limanlarından - biri Odessadan, üçü isə Çornomorskdan olmaqla dörd gəmi yola düşür”, - deyə məlumatda bildirilir.
Humanitar əməliyyat İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin tərkibində rus zabitlərinin fəal iştirakı ilə planlaşdırılıb.
TMMN bildirib ki, iyulun 22-də İstanbulda Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünya bazarlarına ərzaq və gübrələrin çatdırılması problemlərini həll etmək üçün bir-biri ilə əlaqəli iki sənəd imzalayıb. Sənədlər tək paket şəklindədir.
Birincisi memoranduma əsasən, BMT Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətləri aradan qaldırmaq öhdəliyini öz üzərinə götürür.
İkinci sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı alqoritmini müəyyənləşdirir.
İkinci sənəd Rusiyanın təklif etdiyi alqoritmə əsaslanır və ona əsasən, Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından ticarət gəmilərinin təhlükəsiz çıxışı və geriyə dönüşü üçün dəniz humanitar dəhlizi yaradılır.