SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Azərbaycana verilən dəstəyə görə təşəkkür edib

© Photo : MFA AzerbaijanAİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir - Sputnik Azərbaycan, 1920, 06.08.2022
Abunə olmaq
XİN başçısı yazıb ki, radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarına təşəkkür edir.
BAKI, 6 avqust - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə Twitter hesabında yazıb.
“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumu ilə bağlı telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, - Ceyhun Bayramov qeyd edib.
Qeyd edək ki, Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hadisə ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.
İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini açıqlayıb.
Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.
Azərbaycanın Londondakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 06.08.2022
SİYASƏT
London səfirliyinə hücumla bağlı dünyanın hər yerindən Azərbaycana dəstək mesajları gəlir
Xəbər lenti
0