https://sputnik.az/20220806/bolqaristandan-tekzib-azerbaycan-qazinin-tranziti-layihesini-dayandirmayacagiq-eksine-444755960.html
Bolqarıstandan təkzib: Azərbaycan qazının tranziti layihəsini dayandırmayacağıq, əksinə...
Bolqarıstandan təkzib: Azərbaycan qazının tranziti layihəsini dayandırmayacağıq, əksinə...
Sputnik Azərbaycan
Energetika Nazirliyinin yeni rəhbərliyi nəinki Yunanıstanla yeni qaz interkonnektorunu bağlamır, əksinə, mövcud problemlərin tez bir zamanda aradan... 06.08.2022, Sputnik Azərbaycan
2022-08-06T20:45+0400
2022-08-06T20:45+0400
2022-08-06T20:45+0400
neft-qaz
bolqarıstan
yunanıstan
energetika nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739826_0:160:3072:1888_1920x0_80_0_0_32d8f185e62b66abd9c5032855fba217.jpg
BAKI, 6 avqust - Sputnik. Bolqarıstanın yeni müvəqqəti hökumətinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsini dayandıracağı ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlər həqiqəti əks etdirmir.Bu barədə ölkənin Energetika Nazirliyi bildirib.Belə ki, bir sıra KİV-lər Bolqarıstanın energetika naziri Rosen Xristovun IGB-nin operatoru olan ICGB AD-nin idarəetmə strukturunda dəyişiklikləri təsdiqləmədiyini bildirib.Bolqarıstan Energetika Nazirliyi məlumatları saxta adlandırıb."Ciddi KİV-lərdə "Radevin ofisi Yunanıstanla qaz konnektorunu bağlayır" başlığı ilə dərc olunan saxta xəbərlərə gəlincə, bəyan edirik ki, energetika naziri Rosen Xristov ICGB AD-yə təyinatları ləğv etməyib. Sənədlərə Qeydiyyat Agentliyində baxılarkən proses uzanıb. Məsələ odur ki, icra edilməmiş inzibati tələblər və çatışmayan sənədlər qalıb. Həmçinin, şirkətin idarə heyətinin yeni üzvünün adındakı orfoqrafik səhvləri düzəltmək lazımdır”, - nazirliyin bəyanatında deyilir.Qurum vurğulayıb ki, Bolqarıstanın həm prezidenti, həm də hazırkı baş naziri dəfələrlə şaxələndirmənin ölkənin enerji strategiyasının əsas prioriteti olduğunu bəyan ediblər.“Bununla əlaqədar bəyan edirik ki, Energetika Nazirliyinin yeni rəhbərliyi nəinki Yunanıstanla yeni qaz interkonnektorunu bağlamır, əksinə, mövcud problemlərin tez bir zamanda aradan qaldırılması üçün səylərini əsirgəmir”, - məlumatda deyilir.Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739826_171:0:2902:2048_1920x0_80_0_0_95eb69d5f51b4a22e79565350cad7671.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bolqarıstan, yunanıstan, energetika nazirliyi
bolqarıstan, yunanıstan, energetika nazirliyi
Bolqarıstandan təkzib: Azərbaycan qazının tranziti layihəsini dayandırmayacağıq, əksinə...
Energetika Nazirliyinin yeni rəhbərliyi nəinki Yunanıstanla yeni qaz interkonnektorunu bağlamır, əksinə, mövcud problemlərin tez bir zamanda aradan qaldırılması üçün səylərini əsirgəmir
BAKI, 6 avqust - Sputnik. Bolqarıstanın yeni müvəqqəti hökumətinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsini dayandıracağı ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə ölkənin Energetika Nazirliyi bildirib.
Belə ki, bir sıra KİV-lər Bolqarıstanın energetika naziri Rosen Xristovun IGB-nin operatoru olan ICGB AD-nin idarəetmə strukturunda dəyişiklikləri təsdiqləmədiyini bildirib.
Bolqarıstan Energetika Nazirliyi məlumatları saxta adlandırıb.
"Ciddi KİV-lərdə "Radevin ofisi Yunanıstanla qaz konnektorunu bağlayır" başlığı ilə dərc olunan saxta xəbərlərə gəlincə, bəyan edirik ki, energetika naziri Rosen Xristov ICGB AD-yə təyinatları ləğv etməyib. Sənədlərə Qeydiyyat Agentliyində baxılarkən proses uzanıb. Məsələ odur ki, icra edilməmiş inzibati tələblər və çatışmayan sənədlər qalıb. Həmçinin, şirkətin idarə heyətinin yeni üzvünün adındakı orfoqrafik səhvləri düzəltmək lazımdır”, - nazirliyin bəyanatında deyilir.
Qurum vurğulayıb ki, Bolqarıstanın həm prezidenti, həm də hazırkı baş naziri dəfələrlə şaxələndirmənin ölkənin enerji strategiyasının əsas prioriteti olduğunu bəyan ediblər.
“Bununla əlaqədar bəyan edirik ki, Energetika Nazirliyinin yeni rəhbərliyi nəinki Yunanıstanla yeni qaz interkonnektorunu bağlamır, əksinə, mövcud problemlərin tez bir zamanda aradan qaldırılması üçün səylərini əsirgəmir”, - məlumatda deyilir.
Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.