https://sputnik.az/20220806/bloomberg-g20-olkelerinin-yarisi-abs-in-rusiyani-tecrid-etmek-ideyasini-desteklemir-444741552.html
Bloomberg: G20 ölkələrinin yarısı ABŞ-ın Rusiyanı "təcrid etmək" ideyasını dəstəkləmir
Bloomberg: G20 ölkələrinin yarısı ABŞ-ın Rusiyanı "təcrid etmək" ideyasını dəstəkləmir
Sputnik Azərbaycan
Dövlət katibi Entoni Blinken bir çox dövlətlərin liderlərini belə bir addımın məqsədəuyğunluğuna inandıra bilmir. 06.08.2022, Sputnik Azərbaycan
2022-08-06T11:31+0400
2022-08-06T11:31+0400
2022-08-06T11:31+0400
rusiya
dünya xəbərləri
abş
entoni blinken
cənub
şərq
asiya
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439683376_0:0:3072:1728_1920x0_80_0_0_6c1aa0f92364a6fb2b477d4e2105b613.jpg
BAKI, 6 avqust — Sputnik. G20 ölkələrinin, təxminən, yarısı ABŞ-ın Rusiyanı "təcrid etmək" təşəbbüsünü dəstəkləmir. Bu barədə Bloomberg məlumat yayıb.Qərb jurnalistləri qeyd edirlər ki, ABŞ dövlət katibi Entoni Blinken Afrika və Cənub-Şərqi Asiya dövlətlərinə səfəri zamanı bir çox dövlətlərin rəhbərlərini belə bir addımın məqsədəuyğunluğuna inandıra bilməyib.Müqavimətin səbəbləri kimi Moskva ilə tarixi əlaqələr, onların iqtisadiyyatı üçün qorxu və keçmiş müstəmləkəçi dövlətlərə inamsızlıq göstərilir.Agentliyin fikrincə, bu amil Vaşinqtonun müvafiq planlarının həyata keçirilməsini, o cümlədən Rusiya neftinin qiymətinin yuxarı həddi müəyyən edilməsini ciddi şəkildə çətinləşdirə bilər.Amerikalı köşə yazarı Nina Məsihin daha əvvəl yazdığı kimi Rusiya Federasiyasından Hindistana idxalın artması Rusiyanı təcrid etmək cəhdlərinin, tam iflasa məhkum edilməsə, ən azı ciddi problemlə üzləşdiyini göstərir.Xatırladaq ki, Vaşinqtonda yenidən Rusiya hakimiyyətinin xarici səfərləri kontekstində Moskvanın "təcrid olunması" barədə danışmağa başlayıblar. Bu dəfə dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrika turnesinə start verdikdən sonra Rusiya Federasiyasının "təcrid olunmuş"a çevrildiyini bildirib.Rusiyanın ABŞ-dakı səfirliyi bununla razılaşmayıb, orada qeyd ediblər ki, Dövlət Departamentinin Rusiyanı təcrid etməklə bağlı "açıq-aşkar bəyanatları" heç bir tənqidə tab gətirmir. Diplomatlar vurğulayıblar ki, Vaşinqton rusofobik impulsla hadisələrin real mənzərəsini təhrif etməyə çalışır və bu, jurnalistlər arasında ancaq çaşqınlığa səbəb olur.
abş
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439683376_0:0:2732:2048_1920x0_80_0_0_2c93b0a80b31ab5896739f0186100459.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, abş, entoni blinken, cənub, şərq, asiya
rusiya, abş, entoni blinken, cənub, şərq, asiya
Bloomberg: G20 ölkələrinin yarısı ABŞ-ın Rusiyanı "təcrid etmək" ideyasını dəstəkləmir
Dövlət katibi Entoni Blinken bir çox dövlətlərin liderlərini belə bir addımın məqsədəuyğunluğuna inandıra bilmir.
BAKI, 6 avqust — Sputnik. G20 ölkələrinin, təxminən, yarısı ABŞ-ın Rusiyanı "təcrid etmək" təşəbbüsünü dəstəkləmir. Bu barədə Bloomberg məlumat yayıb.
Qərb jurnalistləri qeyd edirlər ki, ABŞ dövlət katibi Entoni Blinken Afrika və Cənub-Şərqi Asiya dövlətlərinə səfəri zamanı bir çox dövlətlərin rəhbərlərini belə bir addımın məqsədəuyğunluğuna inandıra bilməyib.
Müqavimətin səbəbləri kimi Moskva ilə tarixi əlaqələr, onların iqtisadiyyatı üçün qorxu və keçmiş müstəmləkəçi dövlətlərə inamsızlıq göstərilir.
Agentliyin fikrincə, bu amil Vaşinqtonun müvafiq planlarının həyata keçirilməsini, o cümlədən Rusiya neftinin qiymətinin yuxarı həddi müəyyən edilməsini ciddi şəkildə çətinləşdirə bilər.
Amerikalı köşə yazarı Nina Məsihin daha əvvəl yazdığı kimi Rusiya Federasiyasından Hindistana idxalın artması Rusiyanı təcrid etmək cəhdlərinin, tam iflasa məhkum edilməsə, ən azı ciddi problemlə üzləşdiyini göstərir.
Xatırladaq ki, Vaşinqtonda yenidən Rusiya hakimiyyətinin xarici səfərləri kontekstində Moskvanın "təcrid olunması" barədə danışmağa başlayıblar. Bu dəfə dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrika turnesinə start verdikdən sonra Rusiya Federasiyasının "təcrid olunmuş"a çevrildiyini bildirib.
Rusiyanın ABŞ-dakı səfirliyi bununla razılaşmayıb, orada qeyd ediblər ki, Dövlət Departamentinin Rusiyanı təcrid etməklə bağlı "açıq-aşkar bəyanatları" heç bir tənqidə tab gətirmir. Diplomatlar vurğulayıblar ki, Vaşinqton rusofobik impulsla hadisələrin real mənzərəsini təhrif etməyə çalışır və bu, jurnalistlər arasında ancaq çaşqınlığa səbəb olur.