Azərbaycanda ixracına icazə verilməyən məhsullar
© AP Photo / J. Scott ApplewhiteƏt parçaları, arxiv şəkli
© AP Photo / J. Scott Applewhite
Abunə olmaq
Bir müddət əvvəl arpanın dən formasında Azərbaycandan ixracına qoyulan qadağadan yayınmaq üçün bir sıra işbazların onu xırdalayaraq kütləvi şəkildə qonşu ölkələrə ixrac etdiyi bildirilirdi.
BAKI, 6 avqust — Sputnik. Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da bəzi malların ixracına qadağalar var. Maraqlıdır, Azərbaycandan hansı məhsulların çıxarılmasına icazə yoxdur?
Belə ki, bununla bağlı olaraq Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" Qərar imzalanıb.
Gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısını təqdim edirik:
Diri iribuynuzlu mal-qara
Diri qoyunlar və keçilər
Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti
Dondurulmuş iribuynuzlu mal-qara əti
Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti
Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti
Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti
Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və ətin əlavə məhsulları
Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları
Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş süd və qaymaq
Kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar; südlü pastalar
Qabıqlı, təzə, konservləşdirilmiş və ya suda bişirilmiş quş yumurtaları
Təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən faraş kartof istisna olmaqla)
Dənli bitkilər
Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü
Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem
Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları
Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla
Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, xam yağ
Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri
Qarğıdalı yağı və onun fraksiyaları, xam yağ
Qarğıdalı yağı və onun fraksiyaları, digərləri
Bitki piyləri və yağları və onların fraksiyaları
Marqarin; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqları və ya hazır məhsulları
Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza
Pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlar üçün hazır məhsullar
İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti, makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni kimi makaron məmulatları; hazırlanmış və ya hazırlanmamış kuskus
Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem.
Xatırladaq ki, iki ay öncə arpanın ixracına qadağalar olsa da, bu məhsulun ölkədən daşınması haqda məlumatlar yayılmışdı.
Azərbaycan quş əti və yumurta istehsalçıları Assosiasiyasından verilən məlumatda bildirilmişdi ki, Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmən üçün minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracını məhdudlaşdırıb (Nazirlər Kabinetinin martın 18-də qəbul etdiyi müvafiq qərarı ilə).
Lakin Assosiasiya yaydığı məlumatda qeyd edilib ki, ölkədə arpa tapmaq demək olar ki, mümkün deyil:
"Araşdırmalarımız zamanı məlum oldu ki, arpanın dən formasında Azərbaycandan ixracına qoyulan qadağadan yayınmaq üçün bir sıra işbazlar onu xırdalayaraq kütləvi şəkildə qonşu ölkələrə, xüsusilə də İrana və onun üzərindən İraqa ixrac edirlər".