https://sputnik.az/20220805/rusiya-ukrayna-munaqisesi-azerbaycana-boru-tedarukunde-cetinlik-yaradib-444729136.html
Rusiya-Ukrayna münaqişəsi Azərbaycana boru tədarükündə çətinlik yaradıb
Rusiya-Ukrayna münaqişəsi Azərbaycana boru tədarükündə çətinlik yaradıb
Sputnik Azərbaycan
"Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov deyir ki, mənzildə təmir işləri gedərkən aidiyyəti qurumlara məlumat verilməlidir. 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T19:26+0400
2022-08-05T19:26+0400
2022-08-05T19:27+0400
qaz
cəmiyyət
"azəriqaz"
boru
xırdalan
https://cdnn1.img.sputnik.az/img/42060/82/420608240_0:159:3076:1889_1920x0_80_0_0_e964044db47bc88adc96e295a0a7edc0.jpg
BAKI, 5 avqust — Sputnik. Cari ildə ölkədə 44 şəhər və rayon, həmçinin Bakının 3 rayonunu əhatə etməklə 116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub. Bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisinin müavini İlham Mehbalıyev deyib.O bildirib ki, hazırda 106 kənd və yaşayış massivlərində bu proqrama uyğun olaraq işlər aparılır:"Bunlardan 4 kənd və yaşayış massivi təbii qazla təmin olunub, 38 kənd və 35 yaşayış massivində qazlaşdırma işləri aparılır, 7 yaşayış məntəqəsində və 22 yaşayış massivində işlər yekunlaşıb və texniki icra sənədləri hazırlanma prosesindədir. Ehtimal var ki, ilin sonunadək qeyd olunan məntəqələr üzrə qazlaşma işləri başa çatdırılsın".İlham Mehbalıyevin sözlərinə görə, lakin istisna olunmur ki, təqribən 10 obyekt üzrə işlər 2023-cü ildə həyata keçirilsin:Xırdalanda partlayış nədən baş verib?Xatırladaq ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Xırdalan şəhərində mənzildə baş verən partlayışdan sonra "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları yaralanan şəxsin vəziyyəti ilə maraqlanıb. "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov bildirib ki, onların vəziyyəti yaxşıdır, yəqin ki, bir neçə günə xəstəxanadan evə buraxılacaqlar.Şöbə rəisinin sözlərinə görə, partlayış baş verən mənzildə təmir işləri aparılırdı:"Hadisə yerinə baxış zamanı mənzildə iki qaz cihazının olduğu məlum olub. Lakin cihaz yerində olmayıb, amma ona gələn qaz xətti açıq olub. Ehtimal olunur ki, təmir edən ustalar mənzildən çıxarkən qazı söndürməyib".İ.Behbudov qeyd edir ki, bir qayda olaraq mənzildə təmir işləri gedərkən aidiyyəti qurumlara məlumat verilməlidir. Şöbə rəisi onu da deyir ki, zərərin olmaması üçün vətəndaşlar təmirdən əvvəl ərazi üzrə qaz idarəsinə müraciət etməlidir:"Bu, "Azəriqaz"ın tələbi yox, Nazirlər Kabinetinin qanunudur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42060/82/420608240_174:0:2903:2047_1920x0_80_0_0_d51865ae146b9e3979226c0d8c36b32c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, "azəriqaz", boru, xırdalan
qaz, "azəriqaz", boru, xırdalan
Rusiya-Ukrayna münaqişəsi Azərbaycana boru tədarükündə çətinlik yaradıb
19:26 05.08.2022 (Yenilənib: 19:27 05.08.2022) "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov deyir ki, mənzildə təmir işləri gedərkən aidiyyəti qurumlara məlumat verilməlidir.
BAKI, 5 avqust — Sputnik. Cari ildə ölkədə 44 şəhər və rayon, həmçinin Bakının 3 rayonunu əhatə etməklə 116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub. Bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisinin müavini İlham Mehbalıyev deyib.
O bildirib ki, hazırda 106 kənd və yaşayış massivlərində bu proqrama uyğun olaraq işlər aparılır:
"Bunlardan 4 kənd və yaşayış massivi təbii qazla təmin olunub, 38 kənd və 35 yaşayış massivində qazlaşdırma işləri aparılır, 7 yaşayış məntəqəsində və 22 yaşayış massivində işlər yekunlaşıb və texniki icra sənədləri hazırlanma prosesindədir. Ehtimal var ki, ilin sonunadək qeyd olunan məntəqələr üzrə qazlaşma işləri başa çatdırılsın".
İlham Mehbalıyevin sözlərinə görə, lakin istisna olunmur ki, təqribən 10 obyekt üzrə işlər 2023-cü ildə həyata keçirilsin:
"Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar boru təminatında çətinliklər yaranıb. Bu da tikinti işlərinin gecikməsinə ciddi təsir göstərir".
Xırdalanda partlayış nədən baş verib?
Xatırladaq ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Xırdalan şəhərində mənzildə baş verən partlayışdan sonra "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları yaralanan şəxsin vəziyyəti ilə maraqlanıb. "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov bildirib ki, onların vəziyyəti yaxşıdır, yəqin ki, bir neçə günə xəstəxanadan evə buraxılacaqlar.
Şöbə rəisinin sözlərinə görə, partlayış baş verən mənzildə təmir işləri aparılırdı:
"Hadisə yerinə baxış zamanı mənzildə iki qaz cihazının olduğu məlum olub. Lakin cihaz yerində olmayıb, amma ona gələn qaz xətti açıq olub. Ehtimal olunur ki, təmir edən ustalar mənzildən çıxarkən qazı söndürməyib".
İ.Behbudov qeyd edir ki, bir qayda olaraq mənzildə təmir işləri gedərkən aidiyyəti qurumlara məlumat verilməlidir. Şöbə rəisi onu da deyir ki, zərərin olmaması üçün vətəndaşlar təmirdən əvvəl ərazi üzrə qaz idarəsinə müraciət etməlidir:
"Bu, "Azəriqaz"ın tələbi yox, Nazirlər Kabinetinin qanunudur".