https://sputnik.az/20220805/qazaxistanin-herbi-gemileri-bakiya-gelib-444729290.html
Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib
Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib
Sputnik Azərbaycan
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran... 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T17:18+0400
2022-08-05T17:18+0400
2022-08-05T17:22+0400
azərbaycan
hərbi
gəmi
dəniz kuboku - 2022
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444722021_0:101:829:567_1920x0_80_0_0_bcf1fb00b1fdf0f7469d0a013d1004da.jpg
BAKI, 5 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti avqustun 5-də ölkəmizə gəliblər.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan). İlk dəfə olaraq Cənubi Amerika qitəsində oyun yarışlarından biri keçiriləcək. "Snayper zona" yarışı Venesuelaya həvalə olunub. Hazırda 37 ölkədən 275 komanda Ordu Oyunlarında iştirakını təsdiqləyib. Oyunlarda ilk dəfə Niger və Ruanda komandaları iştirak edəcək.Ordu Oyunları çərçivəsində artıq səkkiz ölkədən dağ birləşmələrinin doqquz komandasının iştirak etdiyi "Sayan marşı" beynəlxalq qış yarışı keçirilib. Rusiya kişilərdən ibarət komanda ilə yanaşı, qadınlardan ibarət komanda ilə də təmsil olunub.Çox çətin hava şəraitinə, Sayan dağlarına iki metr qar yağmasına baxmayaraq, komandalar iki gün ərzində 50 kilometr yürüş edərək 12 xüsusi tapşırıq yerinə yetiriblər. İstisnasız olaraq bütün komandalar yüksək hazırlıq, ekstremal şəraitdə hərəkət etmək bacarığı nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən, birinci yeri Rusiya komandası, ikinci yeri Çin komandası, üçüncü yeri isə Özbəkistan komandası tutublar.Çin ərazisində üç yarışın keçirilməsi planlaşdırılır: "Suvorov hücumu", Asiya-Sakit okean regionunun "Dəniz kuboku", "Təhlükəsiz marşrut". Qazaxıstan Respublikası ərazisində üç yarış - "Artilleriya atəşinin ustaları", "Taktiki atıcı" və "Meridian" yarışları keçiriləcək. Ermənistanda "Dünyanın döyüşçüsü" müsabiqəsi keçiriləcək. Belarus Respublikasında "Etibarlı qəbul", "Polad magistral" və "Qütb ulduzu" müsabiqələri keçiriləcək. İran "Dərinlik", "Şahin ovu" müsabiqələrinin keçirilməsi arzusunu bildirib.Xüsusi təyinatlılar üçün "Snayper zona"sı yarışı keçiriləcək. Azərbaycanda "Dəniz kuboku" sudaüzən gəmilərin heyətləri üçün müsabiqə keçiriləcək. Özbəkistanda beş müsabiqə keçirəcək - "Əsl dost", "Usta silah ustası", "Təhlükəsiz mühit", "Səhra mətbəxi" və "Yol patrulu".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444722021_0:23:829:645_1920x0_80_0_0_6c4a625ff5186087f01897182b91c718.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, gəmi, dəniz kuboku - 2022
azərbaycan, gəmi, dəniz kuboku - 2022
Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib
17:18 05.08.2022 (Yenilənib: 17:22 05.08.2022) "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya və Özbəkistandır.
BAKI, 5 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti avqustun 5-də ölkəmizə gəliblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan). İlk dəfə olaraq Cənubi Amerika qitəsində oyun yarışlarından biri keçiriləcək. "Snayper zona" yarışı Venesuelaya həvalə olunub. Hazırda 37 ölkədən 275 komanda Ordu Oyunlarında iştirakını təsdiqləyib. Oyunlarda ilk dəfə Niger və Ruanda komandaları iştirak edəcək.
Ordu Oyunları çərçivəsində artıq səkkiz ölkədən dağ birləşmələrinin doqquz komandasının iştirak etdiyi "Sayan marşı" beynəlxalq qış yarışı keçirilib. Rusiya kişilərdən ibarət komanda ilə yanaşı, qadınlardan ibarət komanda ilə də təmsil olunub.
Çox çətin hava şəraitinə, Sayan dağlarına iki metr qar yağmasına baxmayaraq, komandalar iki gün ərzində 50 kilometr yürüş edərək 12 xüsusi tapşırıq yerinə yetiriblər. İstisnasız olaraq bütün komandalar yüksək hazırlıq, ekstremal şəraitdə hərəkət etmək bacarığı nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən, birinci yeri Rusiya komandası, ikinci yeri Çin komandası, üçüncü yeri isə Özbəkistan komandası tutublar.
Çin ərazisində üç yarışın keçirilməsi planlaşdırılır: "Suvorov hücumu", Asiya-Sakit okean regionunun "Dəniz kuboku", "Təhlükəsiz marşrut". Qazaxıstan Respublikası ərazisində üç yarış - "Artilleriya atəşinin ustaları", "Taktiki atıcı" və "Meridian" yarışları keçiriləcək. Ermənistanda "Dünyanın döyüşçüsü" müsabiqəsi keçiriləcək. Belarus Respublikasında "Etibarlı qəbul", "Polad magistral" və "Qütb ulduzu" müsabiqələri keçiriləcək. İran "Dərinlik", "Şahin ovu" müsabiqələrinin keçirilməsi arzusunu bildirib.
Xüsusi təyinatlılar üçün "Snayper zona"sı yarışı keçiriləcək. Azərbaycanda "Dəniz kuboku" sudaüzən gəmilərin heyətləri üçün müsabiqə keçiriləcək. Özbəkistanda beş müsabiqə keçirəcək - "Əsl dost", "Usta silah ustası", "Təhlükəsiz mühit", "Səhra mətbəxi" və "Yol patrulu".