Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

MN hərbi əsgər valideynlərinə müraciət edib

© AR Ministry of DefenceAzərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib  - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Abunə olmaq
Müraciətdə Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşlərinin məhdudlaşdırılması səbəbləri açıqlanıb.
BAKI, 5 avqust - Sputnik. Müafiə Nazirliyi əsgər valideynlərinə müraciət edib. Nazirliyin sosial şəbəkə səhifəsində yerləşdirilən müraciətdə qedy olunur ki, müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.
"Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər".
Daha sonra müraciətdə bildirilir ki, son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb.
"Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat veriləcək".
Xəbər lenti
0