https://sputnik.az/20220805/londondaki-azerbaycan-sefiri-tecili-suretde-bakiya-gelib-444711796.html
Londondakı Azərbaycan səfiri Bakıya gəlib və radikalların hücumunu barbarlıq adlandırıb
Londondakı Azərbaycan səfiri Bakıya gəlib və radikalların hücumunu barbarlıq adlandırıb
Sputnik Azərbaycan
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Londonda fəaliyyət göstərən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcasınadır. 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T10:27+0400
2022-08-05T10:27+0400
2022-08-05T10:34+0400
siyasət
böyük britaniya
london
elin süleymanov
https://cdnn1.img.sputnik.az/img/41188/37/411883786_0:52:1000:615_1920x0_80_0_0_bb3f978825518cff0b2b0224277ad57f.jpg
BAKI, 5 avqust — Sputnik. Britaniya səfirliyi ötən gün Azərbaycan Respublikasının Londondakı səfirliyində baş verən insidentlə bağlı açıqlama yayıb.Səfirlikdən bildirilib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.Səfirlik qeyd edib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır:"Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır".Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Twitter" hesabında bildirib ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır:"Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır. Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər".
https://sputnik.az/20220805/britaniya-sefirliyi-londonda-bas-verenlere-aydinliq-getirdi-8-texribatci-hebs-edilib-444711174.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41188/37/411883786_56:0:944:666_1920x0_80_0_0_a845f03661704a02c1b2c5c84891131a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
böyük britaniya, london, elin süleymanov
böyük britaniya, london, elin süleymanov
Londondakı Azərbaycan səfiri Bakıya gəlib və radikalların hücumunu barbarlıq adlandırıb
10:27 05.08.2022 (Yenilənib: 10:34 05.08.2022) Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Londonda fəaliyyət göstərən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcasınadır.
BAKI, 5 avqust — Sputnik. Britaniya səfirliyi ötən gün Azərbaycan Respublikasının Londondakı səfirliyində baş verən insidentlə bağlı açıqlama yayıb.
Səfirlikdən bildirilib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.
Səfirlik qeyd edib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır:
"Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır".
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Twitter" hesabında bildirib ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır:
"Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır. Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər".