https://sputnik.az/20220805/lavrov-abs-in-oz-dominantligini-yaymaq-cehdlerini-perspektivsiz-adlandirib-444715259.html
Lavrov ABŞ-ın öz dominantlığını yaymaq cəhdlərini perspektivsiz adlandırıb
Lavrov ABŞ-ın öz dominantlığını yaymaq cəhdlərini perspektivsiz adlandırıb
Sputnik Azərbaycan
Rusiya XİN başçısı vurğulayıb ki, amerikalılar istənilən müstəqilliyi boğmaq kursunu müəyyənləşdiriblər. 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T13:58+0400
2022-08-05T13:58+0400
2022-08-05T13:58+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_0:0:3129:1761_1920x0_80_0_0_35e038b9826a39a39d5d003a97c9f5dc.jpg
BAKI, 5 avqust — Sputnik. ABŞ-ın öz dominantlığını dünyada getdikcə daha çox nöqtələrə çatdırmaq cəhdləri əbəsdir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 5 avqust 2022-ci il cümə günü Çinin xarici işlər naziri Van İ ilə görüşündə bildirib.Lavrovun sözlərinə görə, "amerikalılar istənilən müstəqilliyi boğmaq kursunu müəyyənləşdiriblər" və özbaşınalıq nümayiş etdirirlər. Bunu həm onların Ukraynadakı hərəkətləri, həm də ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Tayvana səfəri təsdiqləyir.Belə ki, Vaşinqton əvvəlcə Kiyevdən Rusiyaya təhlükə yaradıb, "Rusya aid hər şeyi məhv edən Kiyev rejiminin irqçi siyasətinə məhəl qoymayıb", sonra isə Pelosinin Tayvana təxribat xarakterli səfərini bəyənib."Onlar açıq şəkildə elan etdikləri və hətta özlərini belə aldadaraq hamını inandırdıqları öhdəliklərə məhəl qoymadılar", - deyə Lavrov sözünü yekunlaşdırıb.Sergey Lavrov daha əvvəl də Nensi Pelosinin Çinin etirazlarına baxmayaraq, Tayvana səfərini şərh edib."Bu, hər kəsə onların cəzasızlığını və özbaşınalığını sübut etmək istəyidir" deyə Lavrov fikrini bildirib, - "Mən belə qıcıq yaratmaq üçün başqa bir səbəb görmürəm. Həm də bunun Çin üçün nə demək olduğunu yaxşı bilərək".Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya XİN rəhbəri Sergey Lavrovun Asiyaya Nensi Pelosinin Tayvana getdiyi kimi təxribat məqsədi ilə deyil, əməkdaşlıq üçün getdiyini vurğulayıb.
https://sputnik.az/20220805/lavrov-telimler-mutexessislere-yeni-problemlerin-ohdesinden-gelmeye-komek-edir-444715677.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_139:0:2870:2048_1920x0_80_0_0_28dfb6e4b987f480420a04fd54481c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Lavrov ABŞ-ın öz dominantlığını yaymaq cəhdlərini perspektivsiz adlandırıb
Rusiya XİN başçısı vurğulayıb ki, amerikalılar istənilən müstəqilliyi boğmaq kursunu müəyyənləşdiriblər.
BAKI, 5 avqust — Sputnik. ABŞ-ın öz dominantlığını dünyada getdikcə daha çox nöqtələrə çatdırmaq cəhdləri əbəsdir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 5 avqust 2022-ci il cümə günü Çinin xarici işlər naziri Van İ ilə görüşündə bildirib.
Lavrovun sözlərinə görə, "amerikalılar istənilən müstəqilliyi boğmaq kursunu müəyyənləşdiriblər" və özbaşınalıq nümayiş etdirirlər. Bunu həm onların Ukraynadakı hərəkətləri, həm də ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Tayvana səfəri təsdiqləyir.
Belə ki, Vaşinqton əvvəlcə Kiyevdən Rusiyaya təhlükə yaradıb, "Rusya aid hər şeyi məhv edən Kiyev rejiminin irqçi siyasətinə məhəl qoymayıb", sonra isə Pelosinin Tayvana təxribat xarakterli səfərini bəyənib.
"Onlar açıq şəkildə elan etdikləri və hətta özlərini belə aldadaraq hamını inandırdıqları öhdəliklərə məhəl qoymadılar", - deyə Lavrov sözünü yekunlaşdırıb.
Sergey Lavrov daha əvvəl də Nensi Pelosinin Çinin etirazlarına baxmayaraq, Tayvana səfərini şərh edib.
"Bu, hər kəsə onların cəzasızlığını və özbaşınalığını sübut etmək istəyidir" deyə Lavrov fikrini bildirib, - "Mən belə qıcıq yaratmaq üçün başqa bir səbəb görmürəm. Həm də bunun Çin üçün nə demək olduğunu yaxşı bilərək".
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya XİN rəhbəri Sergey Lavrovun Asiyaya Nensi Pelosinin Tayvana getdiyi kimi təxribat məqsədi ilə deyil, əməkdaşlıq üçün getdiyini vurğulayıb.