https://sputnik.az/20220805/lavrov-telimler-mutexessislere-yeni-problemlerin-ohdesinden-gelmeye-komek-edir-444715677.html
Lavrov: Təlimlər mütəxəssislərə yeni problemlərin öhdəsindən gəlməyə kömək edir
Lavrov: Təlimlər mütəxəssislərə yeni problemlərin öhdəsindən gəlməyə kömək edir
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, Rusiya və ASEAN ölkələri bir sıra sahələrdə, o cümlədən maliyyə mexanizmləri, qarşılıqlı hesablaşmalarda milli valyutalardan... 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T12:44+0400
2022-08-05T12:44+0400
2022-08-05T12:44+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441888302_0:0:3093:1740_1920x0_80_0_0_a6839a94bcbc62118fecd94fd6fe6be6.jpg
BAKI, 5 avqust — Sputnik. ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası - red.) ölkələrindən olan mütəxəssislərin Rusiyada keçdikləri təkmilləşdirmə kursları assosiasiyaya yeni çağırışlar və təhlükələrlə mübarizə aparmağa kömək edir. Bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib."ASEAN ölkələrinin yeni çağırış və təhdidlərə qarşı mübarizə potensialını artırmaq üçün Daxili İşlər Nazirliyimiz və Federal Təhlükəsizlik Xidməti vasitəsilə müvafiq sahələr üzrə mütəxəssislər üçün illik təkmilləşdirmə kursları faydalı rol oynayır"- deyə Lavrov bildirib.Nazir əlavə edib ki, cümə axşamı keçirilən konfransda bütün ASEAN ölkələri regionda sabitliyə dair təhlükəsizlik şuraları vasitəsilə dialoq da daxil olmaqla, 2025-ci ilə qədər Rusiya ilə hərtərəfli əməkdaşlıq planında müəyyən edilmiş sahələrdə - antiterror, narkotiklərlə mübarizə və beynəlxalq informasiya təhlükəsizliyi üzrə dialoqda maraqlı olduqlarını təsdiqləyiblər.Lavrovun sözlərinə görə, Rusiya və ASEAN ölkələri bir sıra sahələrdə, o cümlədən maliyyə mexanizmləri, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadənin genişləndirilməsi sahəsində işləri davam etdirəcəklər. Bundan əlavə, Rusiya ilə ASEAN arasında 2024-cü ilə qədər turizmin inkişafı planı və 2026-cı ilə qədər təhsil sahəsində fəaliyyət planı təsdiq edilib."ASEAN ilə tərəfdaşlığımızın inkişafında mühüm element onluğun Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrin genişləndirilməsində maraqlı olmasıdır", - Rusiya XİN rəhbəri deyib.Bir sıra ASEAN ölkələri sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda, eləcə də pələngin mühafizəsi üzrə ikinci beynəlxalq forumda iştirak etməyi planlaşdırır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441888302_362:0:3093:2048_1920x0_80_0_0_0554083cf76fc44eccc410906a44b0e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin rəhbəri sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
Lavrov: Təlimlər mütəxəssislərə yeni problemlərin öhdəsindən gəlməyə kömək edir
Rusiya XİN rəhbəri bildirib ki, Rusiya və ASEAN ölkələri bir sıra sahələrdə, o cümlədən maliyyə mexanizmləri, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadənin genişləndirilməsi sahəsində işləri davam etdirəcəklər.
BAKI, 5 avqust — Sputnik. ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası - red.) ölkələrindən olan mütəxəssislərin Rusiyada keçdikləri təkmilləşdirmə kursları assosiasiyaya yeni çağırışlar və təhlükələrlə mübarizə aparmağa kömək edir. Bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"ASEAN ölkələrinin yeni çağırış və təhdidlərə qarşı mübarizə potensialını artırmaq üçün Daxili İşlər Nazirliyimiz və Federal Təhlükəsizlik Xidməti vasitəsilə müvafiq sahələr üzrə mütəxəssislər üçün illik təkmilləşdirmə kursları faydalı rol oynayır"- deyə Lavrov bildirib.
Nazir əlavə edib ki, cümə axşamı keçirilən konfransda bütün ASEAN ölkələri regionda sabitliyə dair təhlükəsizlik şuraları vasitəsilə dialoq da daxil olmaqla, 2025-ci ilə qədər Rusiya ilə hərtərəfli əməkdaşlıq planında müəyyən edilmiş sahələrdə - antiterror, narkotiklərlə mübarizə və beynəlxalq informasiya təhlükəsizliyi üzrə dialoqda maraqlı olduqlarını təsdiqləyiblər.
Lavrovun sözlərinə görə, Rusiya və ASEAN ölkələri bir sıra sahələrdə, o cümlədən maliyyə mexanizmləri, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadənin genişləndirilməsi sahəsində işləri davam etdirəcəklər. Bundan əlavə, Rusiya ilə ASEAN arasında 2024-cü ilə qədər turizmin inkişafı planı və 2026-cı ilə qədər təhsil sahəsində fəaliyyət planı təsdiq edilib.
"ASEAN ilə tərəfdaşlığımızın inkişafında mühüm element onluğun Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrin genişləndirilməsində maraqlı olmasıdır", - Rusiya XİN rəhbəri deyib.
Bir sıra ASEAN ölkələri sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda, eləcə də pələngin mühafizəsi üzrə ikinci beynəlxalq forumda iştirak etməyi planlaşdırır".