https://sputnik.az/20220805/lacinda-yaralanan-azerbaycan-esgeri-dunyasini-deyisib-444725620.html
Laçında yaralanan Azərbaycan əsgəri dünyasını dəyişib
Laçında yaralanan Azərbaycan əsgəri dünyasını dəyişib
Sputnik Azərbaycan
Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna və əsgər Əliyev Tahir Çingiz... 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T15:57+0400
2022-08-05T15:57+0400
2022-08-05T15:57+0400
hərbi
müdafiə nazirliyi
hərbi qulluqçu
azərbaycanın hərbi qulluqçusu
hərbi qulluqçular
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_0:294:3077:2025_1920x0_80_0_0_4a552a5701e3129610ff461882c49940.jpg
BAKI, 5 avqust - Sputnik. Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edibƏsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb və hospitala yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna və əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər.
https://sputnik.az/20220805/azerbaycan-ordusunun-bir-esgeri-helak-olub-digerinin-veziyyeti-agirdir--444721161.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_63:0:2794:2048_1920x0_80_0_0_f95f4777db99e448a4e835a747d79be1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, hərbi qulluqçu, azərbaycanın hərbi qulluqçusu, hərbi qulluqçular
müdafiə nazirliyi, hərbi qulluqçu, azərbaycanın hərbi qulluqçusu, hərbi qulluqçular
Laçında yaralanan Azərbaycan əsgəri dünyasını dəyişib
Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna və əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.
BAKI, 5 avqust - Sputnik. Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib
Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb və hospitala yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna və əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər.