CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənubi azərbaycanlı güləşçi Azərbaycan səfirliyinə hücumla bağlı idmançılara çağırış edib

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Abunə olmaq
Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.
BAKI, 5 avqust — Sputnik. Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib. 28 yaşlı pəhləvan sosial media səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.
"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq", - sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.
Məlumat üçün bildirək k, Urmiyada doğulmuş azərbaycanlı çimərlik güləşi və yunan-roma güləşçisi 2014-cü ildən etibarən güləş üzrə Azərbaycan yığma komandasında çıxış edir.
2016-cı ildə Bakıda keçirilən beynəlxalq "Qızıl Qran-Pri" turnirində qızıl, 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb. Beşqat respublika çempionudur. 2019-cu ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş Çimərlik güləşi üzrə Dünya Çempionatında qızıl medala layiq görülüb. 2020-ci ildən etibarən Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisidir.
Azərbaycanın Londondakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 04.08.2022
SİYASƏT
Azərbaycanın Londondakı səfirliyi radikal dini dəstə tərəfindən hücuma məruz qalıb - XİN
Xəbər lenti
0