SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Britaniyada baş vermiş təxribata görə heç kim məsuliyyəti öz üzərinə götürməyib"

© AFP 2024 / DANIEL LEAL-OLIVASLondon
London - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Abunə olmaq
Səfirliyə hücum edənlərə qarşı isə inzibati cəzalar tətbiq edilərək cərimə ödəməli olacaqlar.
BAKI, 5 avqust — Sputnik. İlkin məlumata görə, Azərbaycanın Londondakı səfirliyinə hücum Yasir əl-Həbib tərəfindən təşkil etmiş ola bilər.
Bunu Sputnik Azərbaycan-a Azərbaycan diasporunun Böyük Britaniyadakı nümayəndəsi Səbinə Quliyeva deyib.
O bildirib ki, bir gün əvvəl səfirlik binasını ələ keçirən 23 dini radikaldan 8-i hüquq mühafizə orqanları tərəfindən saxlanılıb: "Digərləri qaçmağı bacarsa da, axtarışa verilib. Saxlanılanların adlarını polis açıqlamayıb".
"Bu dəqiqə üçün heç kim iğtişaşların təşkilinə görə məsuliyyəti rəsmi şəkildə öz üzərinə götürməyib. Lakin ilkin versiyaya görə, təxribatın təşkilatçısının Britaniya vətəndaşı olan Küveyt əsilli Yasir əl-Xəbibin olduğu iddia edilir. 2018-ci ildə Yasir əl-Həbib İranın Londondakı səfirliyinə oxşar şəkildə hücum edib", - Quliyeva bildirib.
Quliyevanın sözlərinə görə, səfirlik yaxın saatlarda bu barədə rəsmi məlumatı verməyi planlaşdırır.
Diaspor nümayəndələri isə öz növbəsində səfirlik binasının zərərin toxunmadığını və heç kimin xəsarət almadığına əmin olub. Səfirliyə hücum edənlərə qarşı isə inzibati cəzalar tətbiq edilərək cərimə ödəməli olacaqlar.
Xatırladaq ki, bir gün öncə Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı XİN-ə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib:
"Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib.
Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmanın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib.
Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığı bildirilib".
Xəbər lenti
0