https://sputnik.az/20220805/azerbaycan-mezheb-ve-dinlerarasi-munasibetlere-gore-hami-ucun-ornekdir---dovlet-komitesi-444736371.html
Azərbaycan məzhəb və dinlərarası münasibətlərə görə hamı üçün örnəkdir - Dövlət Komitəsi
Azərbaycan məzhəb və dinlərarası münasibətlərə görə hamı üçün örnəkdir - Dövlət Komitəsi
Sputnik Azərbaycan
Sənəddə bildirilir ki, heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl... 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T18:37+0400
2022-08-05T18:37+0400
2022-08-05T18:37+0400
cəmiyyət
dini qurumlarla iş üzrə dövlət komitəsi
səfirlik
https://cdnn1.img.sputnik.az/img/42376/05/423760514_0:160:3073:1888_1920x0_80_0_0_4169b240e87665a0d11dc01b08f3f572.jpg
BAKI, 5 avqust - Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edilməsi ilə bağlı açıqlma yayıb. Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, qurum Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin 2022-ci il avqustun 4-də bir qrup radikal dini dəstənin hücumuna məruz qalmasını, barbar və vandal düşüncənin təsiri altında olan qaragürüh dəstənin üzvlərinin Səfirliyin yerləşdiyi binanın eyvanında üzərində şüarlar olan parçaların qaldırmasını və radikal dini şüarlarla çıxış etməsini kəskin şəkildə pisləyir.Daha sonra sənəddə deyilir ki, dini etiqad azadlığının, multimədəni harmoniyanın əsas təminatçısı, milli-mənəvi dəyərlərin hamisi olan Prezident İlham Əliyev vətəndaşların dini inanclarının qorunmasını daim prioritet vəzifə kimi qarşıya qoyub:"Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkəmizin dövlət-din modeli özündə İslam dünyasının ən unikal və mütərəqqi dəyərlərini birləşdirir, xalqımızın və dövlətimizin inkişafına maneçilik törədə biləcək dini fanatizmi, radikalizmi və ekstremizmi rədd edir. İstər məzhəblər, istərsə də dinlərarası münasibətlərin səviyyəsinə görə Azərbaycan həm Şərq, həm də Qərb üçün uğurlu örnəkdir. Bu gün ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoqun aktiv təşkilatçısı olduğu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən etiraf olunan həqiqətdir. Heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl gətirə bilməz".Sənəddə o da deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında din pərdəsi altında törədilən, heç bir dini əqidəyə sığmayan, hüquqa zidd avantürist hadisəyə Azərbaycan hökumətinin münasibəti ifadə olunub:"Belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz və əminik ki, tez bir zamanda xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımıza hörmətsizlik edənlər, Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/05/423760514_170:0:2901:2048_1920x0_80_0_0_c9b622f88cceb51081d38214a1f77caa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dini qurumlarla iş üzrə dövlət komitəsi, səfirlik
dini qurumlarla iş üzrə dövlət komitəsi, səfirlik
Azərbaycan məzhəb və dinlərarası münasibətlərə görə hamı üçün örnəkdir - Dövlət Komitəsi
Sənəddə bildirilir ki, heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl gətirə bilməz.
BAKI, 5 avqust - Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edilməsi ilə bağlı açıqlma yayıb. Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, qurum Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin 2022-ci il avqustun 4-də bir qrup radikal dini dəstənin hücumuna məruz qalmasını, barbar və vandal düşüncənin təsiri altında olan qaragürüh dəstənin üzvlərinin Səfirliyin yerləşdiyi binanın eyvanında üzərində şüarlar olan parçaların qaldırmasını və radikal dini şüarlarla çıxış etməsini kəskin şəkildə pisləyir.
"İslam dininə və onun ali dəyərlərinə zidd olaraq öz çirkin məqsədlərinə çatmaq üçün bu tip əməllərə yol verənlər bununla İslam dininə zərbə vurmuş olurlar. Mütərəqqi islami dəyərlərə həqarətlə yanaşıb din adından sui-istifadə edənlərin heç bir mənəvi-əxlaqi, hüquqi normalara sığmayan hərəkətləri Azərbaycan cəmiyyəti, dini cameəsi, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar tərəfindən də qətiyyətlə pislənilir. İslam dünyasının bir parçası olan Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dinimizə, islami dəyərlərə hərtərəfli diqqət, qayğı göstərilir".
Daha sonra sənəddə deyilir ki, dini etiqad azadlığının, multimədəni harmoniyanın əsas təminatçısı, milli-mənəvi dəyərlərin hamisi olan Prezident İlham Əliyev vətəndaşların dini inanclarının qorunmasını daim prioritet vəzifə kimi qarşıya qoyub:
"Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkəmizin dövlət-din modeli özündə İslam dünyasının ən unikal və mütərəqqi dəyərlərini birləşdirir, xalqımızın və dövlətimizin inkişafına maneçilik törədə biləcək dini fanatizmi, radikalizmi və ekstremizmi rədd edir. İstər məzhəblər, istərsə də dinlərarası münasibətlərin səviyyəsinə görə Azərbaycan həm Şərq, həm də Qərb üçün uğurlu örnəkdir. Bu gün ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoqun aktiv təşkilatçısı olduğu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən etiraf olunan həqiqətdir. Heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl gətirə bilməz".
Sənəddə o da deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında din pərdəsi altında törədilən, heç bir dini əqidəyə sığmayan, hüquqa zidd avantürist hadisəyə Azərbaycan hökumətinin münasibəti ifadə olunub:
"Belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz və əminik ki, tez bir zamanda xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımıza hörmətsizlik edənlər, Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar".