https://sputnik.az/20220804/turizm-reyestrinin-aparilmasi-qaydasinda-deyisiklikler-edilib-444685776.html
Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib
Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib
Sputnik Azərbaycan
Turizm sənayesi və turizm fəaliyyəti ilə bağlı məlumatların monitorinqlərinin nəticələri də Reyestrin strukturunda yer alacaq. 04.08.2022, Sputnik Azərbaycan
2022-08-04T10:54+0400
2022-08-04T10:54+0400
2022-08-04T10:54+0400
cəmiyyət
turizm
https://cdnn1.img.sputnik.az/img/07e6/05/07/441727436_0:160:3072:1888_1920x0_80_0_0_8657790cfc036a71d7bdae253ac04fc6.jpg
BAKI, 4 avqust — Sputnik. Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.Qərara əsasən, Reyestr turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılacaq.Bundan əvvəl Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılırdı.Eyni zamanda qərarla Reyestrin strukturu da dəyişib. Belə ki, turizm sənayesinin subyektləri bundan sonra aşağıdakı kimi olacaq:Turizm sənayesi və turizm fəaliyyəti ilə bağlı məlumatların monitorinqlərinin nəticələri də Reyestrin strukturunda yer alacaq.Qərara əsasən, Reyestrdən istifadə qaydaları da dəyişib.Reyestrdə yerləşmə vasitələri üzrə: yerləşmə vasitəsinin növü, otaqların sayı (hər bir təsnifat üzrə), çarpayıların sayı, mehman-xanalara (hotellərə) münasibətdə, həmçinin ulduz kateqoriyası barədə məlumat da yer alacaq.Həmçinin, turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 (on beş) gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası əldə edilən tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.Turizm sənayesi subyektləri Reyestrdə onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 (on beş) gün müddətində bu məlumatların Reyestrdə yenilənməsini təmin etməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/07/441727436_171:0:2902:2048_1920x0_80_0_0_1e67f0624ba730490940b32a6efd5cb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
turizm
Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib
Turizm sənayesi və turizm fəaliyyəti ilə bağlı məlumatların monitorinqlərinin nəticələri də Reyestrin strukturunda yer alacaq.
BAKI, 4 avqust — Sputnik. Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, Reyestr turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılacaq.
Bundan əvvəl Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılırdı.
Eyni zamanda qərarla Reyestrin strukturu da dəyişib. Belə ki, turizm sənayesinin subyektləri bundan sonra aşağıdakı kimi olacaq:
turoperatorlar və turagentlər;
yerləşmə xidmətləri göstərən subyektlər;
ictimai iaşə xidmətləri göstərən subyektlər;
əyləncə xidmətləri göstərən subyektlər;
işgüzar turizm fəaliyyəti göstərən subyektlər;
özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm fəaliyyəti göstərən subyektlər;
turizm nəqliyyat xidməti göstərən subyektlər;
çimərlik xidmətləri göstərən subyektlər;
turizm təhsili və təlimi xidmətləri göstərən şəxslər;
turizm sənayesi assosiasiyaları;
digər turizm xidmətləri göstərən subyektlər.
Turizm sənayesi və turizm fəaliyyəti ilə bağlı məlumatların monitorinqlərinin nəticələri də Reyestrin strukturunda yer alacaq.
Qərara əsasən, Reyestrdən istifadə qaydaları da dəyişib.
Reyestrdə yerləşmə vasitələri üzrə: yerləşmə vasitəsinin növü, otaqların sayı (hər bir təsnifat üzrə), çarpayıların sayı, mehman-xanalara (hotellərə) münasibətdə, həmçinin ulduz kateqoriyası barədə məlumat da yer alacaq.
Həmçinin, turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 (on beş) gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.
Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası əldə edilən tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.
Turizm sənayesi subyektləri Reyestrdə onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 (on beş) gün müddətində bu məlumatların Reyestrdə yenilənməsini təmin etməlidirlər.