CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkirdə Azərbaycan Ordusunun şəhid olan əsgəri ilə vida mərasimi keçirilir

© Photo : TRENDDəfn
Dəfn - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq
BAKI, 4 avqust — Sputnik. Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib.
Şəhid əsgərlə doğulduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.
Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq.
Anar Kazımov 4 ay əvvəl hərbi xidmətə yollanıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
0