SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin və Ərdoğan nələri müzakirə edəcək? - Kreml açıqladı

© Sputnik / POOL / Mediabanka keçidƏrdoğan Putin
Ərdoğan Putin  - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Kremldən bildirilib ki, prezidentlərin görüşündə əlaqələrin daha da genişləndirilməsi perspektivləri və enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi planlaşdırılır.
BAKI, 4 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə enerji və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Bu barədə Kremlin mətbuat xidməti xməlumat yayıb.
"Prezidentlərin iyulun 19-da Tehranda keçirilən ikitərəfli görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, Rusiya-Türkiyə çoxşaxəli əməkdaşlığının mövzusunu, o cümlədən ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivlərini və enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi planlaşdırılır. Tərəflərin, həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər üzrə fikir mübadiləsi aparması nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçidə avqusutun 5-də görüşəcək.
İstanbul razılaşmaları haqqında
İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Rusiya və BMT arasında memorandum qurumun kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına mane olan anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılması işində iştirak etdiyini təsdiqləyir.
Digər sənəd Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı mexanizmini müəyyən edir.
Rusiya, Türkiyə, Ukrayna və BMT arasında sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur ki, onun nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.
Xatırladaq ki, iyulun 19-u Tehranda keçirilən Astana sammitində İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.
Sammitdə dövlət başçıları beynəlxalq və regional hadisələri nəzərdən keçirib, Suriya böhranının sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolununu vurğulayıblar. Sammitdə 3 ölkə prezidenti terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirdilər.
Xəbər lenti
0