https://sputnik.az/20220804/neft-bahalasib-444689634.html
Neft bahalaşıb
Neft bahalaşıb
Sputnik Azərbaycan
OPEC-in dünənki iclasında məhdud istehsal artımı qərarından sonra neft qiymətlərində cüzi artım qeydə alınıb. 04.08.2022, Sputnik Azərbaycan
2022-08-04T13:18+0400
2022-08-04T13:18+0400
2022-08-04T14:30+0400
neft
neft-qaz
brent
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442485611_0:0:3295:1853_1920x0_80_0_0_c548f7d76850f340cbe0a8460b5f3cba.jpg
BAKI, 4 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 96,99 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,35 dollar bahalaşaraq 91,01 dollar olub.OPEC-in dünənki iclasında məhdud istehsal artımı qərarından sonra neft qiymətlərində cüzi artım qeydə alınıb.Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,38 dollar azalaraq 102,19 dollar olub.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 05 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442485611_167:0:2898:2048_1920x0_80_0_0_7ae2ffa52fac6a416c4a78a7f823896d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, brent, azeri light markalı neft
neft, brent, azeri light markalı neft
Neft bahalaşıb
13:18 04.08.2022 (Yenilənib: 14:30 04.08.2022) OPEC-in dünənki iclasında məhdud istehsal artımı qərarından sonra neft qiymətlərində cüzi artım qeydə alınıb.
BAKI, 4 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,21 dollar artaraq 96,99 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,35 dollar bahalaşaraq 91,01 dollar olub.
OPEC-in dünənki iclasında məhdud istehsal artımı qərarından sonra neft qiymətlərində cüzi artım qeydə alınıb.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,38 dollar azalaraq 102,19 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 05 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.