Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Qarabağda baş verənlərə münasibət bildirdi

© Sputnik / Алексей Майшев / Mediabanka keçidВиды Москвы
Виды Москвы - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi Qarabağda baş verənlərin Putinlə Ərdoğanın Soçi görüşündə müzakirəsini istisna etməyib.
BAKI, 4 avqust — Sputnik. "Hazırda Rusiya prezidentinin cədvəlində Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycan və Ermənistan liderləri ilə təmasların qurulması planlaşdırılmır".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu barədə suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, zərurət yaranarsa, operativ şəkildə təmaslar həyata keçirilə bilər.
Peskov münaqişə tərəflərini əvvəlki razılaşmaların şərtlərini qorumağa və onlara əməl etməyə çağırıb.
Vəziyyətin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavabında isə Peskov bildirib ki, bunu istisna etmək olmaz.
Kreml nümayəndəsi Qarabağda baş verənlərin Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurduğunu deyən Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələdə əsas istinad nöqtəsi üçtərəfli sazişlərdir, tərəflər bütün öhdəliklərini yerinə yetirməlidirlər.
"Erməni tərəfi ilə olan təmas mövcud məsələlərin aydınlaşdırılmasına kömək edəcək", - Peskov bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Ərdoğan Putin  - Sputnik Azərbaycan, 1920, 04.08.2022
SİYASƏT
Putin və Ərdoğan nələri müzakirə edəcək? - Kreml açıqladı
Xəbər lenti
0