Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gənclərlə iş sahəsində imkanlar və gələcək perspektivlər mövzusunda tədbir keçirilib

Abunə olmaq
Gənclər təşkilatlarının nümayəndələri Azərbaycan gəncliyinin ictimai, siyasi, humanitar və iqtisadi sahələrdə fəaliyyətini müzakirə ediblər.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində gənclər təşkilatlarının iştirakı ilə “Gənclərlə iş: perspektivlər və prioritetlər” mövzusunda dəyirmi masa keçirilib.
"Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Məhəmməd Məmmədovun sözlərinə görə, dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm rol oynayır.
O bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai, siyasi, humanitar və iqtisadi sahələrdə kifayət qədər fəaldır. Ona görə də ölkə rəhbərliyinin bu sahəyə geniş marağı vardır.
“Gənclərin inkişafına dəstək" ictimai birliyi ölkənin milli inkişaf proqramlarında, milli prioritet təşkil edən istiqamətlərdə fəaliyyətini daha da gücləndirir. Sonrakı dönəmlərdə gənclər üçün müxtəlif beynaxalq layihələrin təşkilini və icrasını təmin edəcəyik”, - deyə Məmmədov fikirlərini tamamlayıb.
Xəbər lenti
0