Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ETSN: Dağ çaylarından qısamüddətli sel keçə bilər

© Sputnik / Rahim MuradovSel suları
Sel suları - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Asif Verdiyev qeyd edib ki, adətən avqust və sentyabr ayları Kürdə suyun ən aşağı səviyyədə olduğu aylardır.
BAKI, 4 avqust - Sputnik. “Böyük və Kiçik Qafqazın dağ çaylarından qısamüddətli sel keçə bilər”.
Bunu APA-ya açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, bu hal avqust ayı üçün xarakterikdir: “Bu ayda əsasən daşqın yox, sel hadisəsi müşahidə edilir. Böyük Qafqazda Balakən-Şəki, Quba- Xaçmaz ərazisindən axan çaylarda və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Tovuz rayonunun ərazisindən axan bəzi çaylardan sel keçmə ehtimalı var. Ümumilikdə həmin çaylarda qısamüddətli sel gözlənilir ki, bunun da dağıdıcı olmayacağı ehtimal edilir. Adətən çayın hövzəsinə leysan yağanda belə sel hadisəsi 40 dəqiqə civarında davam edir”.

Ötən ilin avqustu ilə müqayisə aparan direktorun sözlərinə görə, 2021-ci ilin avqust ayında cəmi bir sel hadisəsi müşahidə edilib. Həmin hadisə Böyük Qafqazın ərazisindən axan Əyriçayda qeydə alınıb.

Kürün səviyyəsinin yüksəlməsi ilə bağlı Asif Verdiyev qeyd edib ki, adətən avqust və sentyabr ayları Kürdə suyun ən aşağı səviyyədə olduğu aylardır. Buna görə də Kürün səviyyəsinin narahatedici miqdarda artması gözlənilmir.
© Sputnik / Emin AlisahibQarqar çayın sel suları gəlib
Qarqar çayın sel suları gəlib - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Qarqar çayın sel suları gəlib
Xəbər lenti
0