https://sputnik.az/20220804/bmt-vahid-cin-siyasetine-sadiqdir---quterres-444687321.html
BMT "vahid Çin" siyasətinə sadiqdir - Quterreş
BMT "vahid Çin" siyasətinə sadiqdir - Quterreş
Sputnik Azərbaycan
Pelosinin çərşənbə axşamı Tayvana etdiyi səfər bu ada ətrafındakı vəziyyəti daha da gərginləşdirib. 04.08.2022, Sputnik Azərbaycan
2022-08-04T11:39+0400
2022-08-04T11:39+0400
2022-08-04T11:39+0400
bmt
antonio quterreş
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1208_1920x0_80_0_0_d70294743aa48e506e7db197ab644e92.jpg
BAKI, 4 avqust — Sputnik. BMT "vahid Çin" siyasətinə sadiqdir. Bunu BMT-nin baş katibi Antonio Quterreş ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana son səfərini şərh edərkən bəyan edib."Son hadisələrlə bağlı bizim mövqeyimiz çox aydındır - biz BMT Baş Assambleyasının qətnamələrini, "vahid Çin" siyasətini rəhbər tuturuq. Və biz bütün gördüyümüz işlərdə bunu rəhbər tuturuq", - deyə "RİA Novosti" agentliyi Quterreşin sözlərinə istinadən yazır.Çərşənbə axşamı Taybey hava limanına uçan Nensi Pelosi çərşənbə günü Tayvanın aparat rəhbəri Tsay İnvenlə, Tayvan parlamentinin vitse-spikeri və demokratiya tərəfdarları ilə görüşlər keçirib. Daha sonra o, Cənubi Koreyaya uçub.Pelosinin səfəri 19 saat 20 dəqiqə davam edib. Nəticədə ada ətrafında vəziyyət xeyli gərginləşib. Çin ordusu genişmiqyaslı canlı atəş təlimləri elan edib. Pekin iki Tayvan fonduna sanksiya tətbiq edib. Çin tərəfindən Adaya təbii qum ixracı, üstəlik, Tayvandan sitrus meyvələri və müəyyən növ balıq məhsullarının idxalı dayandırılıb. Çin Xarici Nazirlik bildirib ki, Çin qəti və sərt tədbirlər görmək niyyətindədir. Çin, həmçinin bir neçə aydır Pekinin qarşı çıxdığı səfərin bütün mənfi nəticələrinin qarşıda olduğunu və buna görə Vaşinqton və Taybeyin məsuliyyət daşıyacağını açıqlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1610_1920x0_80_0_0_3aaf8b468609074205b24c31bcde9a12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, antonio quterreş
BMT "vahid Çin" siyasətinə sadiqdir - Quterreş
Pelosinin çərşənbə axşamı Tayvana etdiyi səfər bu ada ətrafındakı vəziyyəti daha da gərginləşdirib.
BAKI, 4 avqust — Sputnik. BMT "vahid Çin" siyasətinə sadiqdir. Bunu BMT-nin baş katibi Antonio Quterreş ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana son səfərini şərh edərkən bəyan edib.
"Son hadisələrlə bağlı bizim mövqeyimiz çox aydındır - biz BMT Baş Assambleyasının qətnamələrini, "vahid Çin" siyasətini rəhbər tuturuq. Və biz bütün gördüyümüz işlərdə bunu rəhbər tuturuq", - deyə "RİA Novosti" agentliyi Quterreşin sözlərinə istinadən yazır.
Çərşənbə axşamı Taybey hava limanına uçan Nensi Pelosi çərşənbə günü Tayvanın aparat rəhbəri Tsay İnvenlə, Tayvan parlamentinin vitse-spikeri və demokratiya tərəfdarları ilə görüşlər keçirib. Daha sonra o, Cənubi Koreyaya uçub.
Pelosinin səfəri 19 saat 20 dəqiqə davam edib. Nəticədə ada ətrafında vəziyyət xeyli gərginləşib. Çin ordusu genişmiqyaslı canlı atəş təlimləri elan edib. Pekin iki Tayvan fonduna sanksiya tətbiq edib. Çin tərəfindən Adaya təbii qum ixracı, üstəlik, Tayvandan sitrus meyvələri və müəyyən növ balıq məhsullarının idxalı dayandırılıb. Çin Xarici Nazirlik bildirib ki, Çin qəti və sərt tədbirlər görmək niyyətindədir. Çin, həmçinin bir neçə aydır Pekinin qarşı çıxdığı səfərin bütün mənfi nəticələrinin qarşıda olduğunu və buna görə Vaşinqton və Taybeyin məsuliyyət daşıyacağını açıqlayıb.