SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT-nin Baş katibi Qarabağda hərbi əməliyyatlar barədə məlumatlardan narahatdır

© REUTERS / DENIS BALIBOUSEАнтониу Гутерриш, фото из архива
Антониу Гутерриш, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik tərəfləri təmkinli olmağa və bütün problemləri dialoq yolu ilə həll etməyə çağırıb.
BAKI, 4 avqust - Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Qarabağda hərbi əməliyyatlar haqqında məlumatlardan dərin narahatlıq keçirir.
Bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
"Baş katib Antonio Quterreş Qarabağ və onun ətrafında gərginlik barədə son xəbərləri narahatlıqla izləyir. Bu cür xəbərləri təsdiqləmək və ya yoxlamaq iqtidarında olmasaq da, biz tərəfləri təmkinli olmağa, bütün məsələləri dialoq yolu ilə həll etməyə çağırırıq”, - Düjarrik vurğulayıb.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Xəbər lenti
0