Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanlılar niyə dərmanlardan zəhərlənirlər? Toksikoloq şok səbəbi açıqladı

© AFP 2023 / PATRICK T. FALLONDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Mütəxəssislər bildirir ki, doza həddinin aşılması dərmandan zəhərlənmənin əsas səbəbidir.
BAKI, 4 avqust — Sputnik. Ötən ay 5 nəfər dərman zəhərlənməsindən dünyasını dəyişib. Ümumilikdə iyul ayında 158 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, onlardan 100-ü dərmandan zəhərlənib.
Maraqlıdır, dərman zəhərlənmələrinin səbəbi nədir, burada saxlanma şəraitinin düzgün olmaması, havanın isti olmasının necə təsiri varmı?
Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən ay əsasən sakitləşdirici, antisepressant, yuxu və antibiotik dərmanlarından zəhərlənmə halları baş verib. Bunların hamısı həkim təyinatı ilə yazılan dərmanlar olub:
"Xəstələr ya affekt vəziyyətində olduqlarına görə, ya da qohum-tanışların məsləhəti ilə dozanın həddini aşırıblar və nəticədə orta ağırlıqda və ağır dərəcədə zəhərlənmə baş verib".
A.Maqsudov bildirir ki, hər ay dərman zəhərlənməsi halı baş verir: "Lakin qeyd edim ki, iyunda 87 dərman zəhərlənməsi baş vermişdisə, ötən ay bu rəqəm 100 olub, ötən ay dərman zəhərlənməsi ilə ölüm halı qeydə alınmayıb".
O bildirir ki, müraciətlərin sayının artmasının digər səbəbi qurumun TƏBİB-in tərkibinə keçəndən sonra əlçatanlğın təmin olunmasıdır.
Mütəxəssis deyir ki, iyul ayında zəhərlənmələrin sayının artması dərmanların saxlanma şəraitinin düzgün olmaması, havanın isti olması ilə əlaqəli deyil: "Analitik Ekspertiza Mərkəzi satışa çıxarılan dərmanların müayinəsi, saxlanma müddəti, keyfiyyətini və digər detalları çox dəqiqliklə yoxlayırlar. Lakin evdə olan dərmanların müddəti həm keçə, həm də saxlanma müddəti düzgün olmaya bilər".
O bildirir ki, müəyyən xəstəlikləri olan şəxslər birdən-birə hansısa dərmanı bütöv dozada deyil, yarım dozada qəbul etsin: "Həkim də dərman yazarkən xəstələrə ətraflı məlumat verməlidir".
Dövlət Gömrük Komitəsinin toksikoloqu İsmayıl Əfəndiyev deyir ki, xüsusən də uşaqlaırn dərmandan zəhərlənmə hllarını 0-a endirmək üçün məsuliyyətli olmaq lazımdır: "Bəzən valideynlər diqqətsiz olurlar və dərmanlar uşaqların əllərinin çata biləcəyi yerdə olduğundan azyaşlılar arasında da zəhərlənmə halları olur".
Mütəxəssis bildirir ki, dərmandan zəhərlənmələrin əsas səbəbi doz həddinin aşılmasıdır.
İ.Əfəndiyev bildirir ki, onlarda dərmanların keyfiyyətsiz olması ilə bağlı hansısa məlumat yoxdur.
Qeyd edək ki, ümumilikdə ötən ay zəhərlənən şəxslərin 66-sı qadın, 72-si kişi, 20-si isə uşaq olub.
Xəbər lenti
0