https://sputnik.az/20220804/avtomobil-neqliyyati-sahesinde-qanunvericilik-deyisdirilecek-444699971.html
Avtomobil nəqliyyatı sahəsində qanunvericilik dəyişdiriləcək
Avtomobil nəqliyyatı sahəsində qanunvericilik dəyişdiriləcək
Sputnik Azərbaycan
"Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları" təsdiq edilib. Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək 04.08.2022, Sputnik Azərbaycan
2022-08-04T18:38+0400
2022-08-04T18:38+0400
2022-08-04T18:42+0400
avtomobil
cəmiyyət
qanunvericilik
nəqliyyat
https://cdnn1.img.sputnik.az/img/42244/54/422445477_0:319:3073:2048_1920x0_80_0_0_7a5703754af9dd4b05b2fd6f699f2c82.jpg
BAKI, 4 avqust — Sputnik. Azərbaycanda avtomobil nəqliyyatı sahəsini tənzimləyən mövcud normativ-hüquqi aktlarda ciddi dəyişikliklər olacaq.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, bunu nazir Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib."Bununla bağlı təkliflər hazırlanıb və yaxın zamanlarda təsdiq edilməsi gözlənilir. Bu sahədə xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən "AYNA" informasiya sistemi yaradılacaq", - deyə nazir qeyd edib.Bundan başqa, onun sözlərinə görə, Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli qərarı ilə "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları" təsdiq edilib. Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək."Qaydalara əsasən sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır. Daşıyıcının məsul şəxsi və sürücüləri peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçərək şəhadətnamə almalıdır. Operator işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verməlidir". - deyə R.Nəbiyev bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42244/54/422445477_0:0:2731:2048_1920x0_80_0_0_29b93bbff037db59751dff1acef62069.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtomobil, qanunvericilik, nəqliyyat
avtomobil, qanunvericilik, nəqliyyat
Avtomobil nəqliyyatı sahəsində qanunvericilik dəyişdiriləcək
18:38 04.08.2022 (Yenilənib: 18:42 04.08.2022) "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları" təsdiq edilib. Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək
BAKI, 4 avqust — Sputnik. Azərbaycanda avtomobil nəqliyyatı sahəsini tənzimləyən mövcud normativ-hüquqi aktlarda ciddi dəyişikliklər olacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, bunu nazir Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.
"Bununla bağlı təkliflər hazırlanıb və yaxın zamanlarda təsdiq edilməsi gözlənilir. Bu sahədə xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən "AYNA" informasiya sistemi yaradılacaq", - deyə nazir qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli qərarı ilə "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları" təsdiq edilib. Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək.
"Qaydalara əsasən sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır. Daşıyıcının məsul şəxsi və sürücüləri peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçərək şəhadətnamə almalıdır. Operator işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verməlidir". - deyə R.Nəbiyev bildirib.