https://sputnik.az/20220803/yeni-klinikanin-sabiq-direktoru-ali-mehkemeye-muraciet-edib-444654316.html
"Yeni Klinika"nın sabiq direktoru Ali Məhkəməyə müraciət edib
"Yeni Klinika"nın sabiq direktoru Ali Məhkəməyə müraciət edib
Sputnik Azərbaycan
Sabiq direktorun vəkili tərəfindən Ali Məhkəməyə təqdim olunan ərizədə Pərviz Abbasova bəraət verilməsi xahiş olunub. 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T15:45+0400
2022-08-03T15:45+0400
2022-08-03T15:58+0400
bakı
cəmiyyət
ali məhkəmə
müraciət
https://cdnn1.img.sputnik.az/img/42351/36/423513690_0:44:1001:607_1920x0_80_0_0_c6348c8d0105aed74402664fcd8d1477.jpg
BAKI, 3 avqust — Sputnik. "Yeni Klinika" Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.Şikayət ərizəsində cinayət işinin düzgün araşdırılmadığı, Pərviz Abbasovun verilmiş ittihamlarla təqsirsiz olduğu qeyd olunub.Sabiq direktorun vəkili tərəfindən Ali Məhkəməyə təqdim olunan ərizədə Pərviz Abbasova bəraət verilməsi xahiş olunub.Xatırladaq ki, "Yeni Klinika" Publik Hüquqi Şəxsin direktoru olmuş Pərviz Abbasov Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub.Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya endirib.Qeyd edək ki, ötən ilin dekabr ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika"nın sabiq baş həkimi Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum edilib. O, rüşvət alaraq koronavirus xəstələrini klinikaya yerləşdirməkdə itiham edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42351/36/423513690_52:0:903:638_1920x0_80_0_0_fa0e64c014001ff2a5216664a533f5cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bakı, ali məhkəmə, müraciət
bakı, ali məhkəmə, müraciət
"Yeni Klinika"nın sabiq direktoru Ali Məhkəməyə müraciət edib
15:45 03.08.2022 (Yenilənib: 15:58 03.08.2022) Sabiq direktorun vəkili tərəfindən Ali Məhkəməyə təqdim olunan ərizədə Pərviz Abbasova bəraət verilməsi xahiş olunub.
BAKI, 3 avqust — Sputnik. "Yeni Klinika" Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Şikayət ərizəsində cinayət işinin düzgün araşdırılmadığı, Pərviz Abbasovun verilmiş ittihamlarla təqsirsiz olduğu qeyd olunub.
Sabiq direktorun vəkili tərəfindən Ali Məhkəməyə təqdim olunan ərizədə Pərviz Abbasova bəraət verilməsi xahiş olunub.
Xatırladaq ki, "Yeni Klinika" Publik Hüquqi Şəxsin direktoru olmuş Pərviz Abbasov Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub.
Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya endirib.
Qeyd edək ki, ötən ilin dekabr ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika"nın sabiq baş həkimi Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum edilib. O, rüşvət alaraq koronavirus xəstələrini klinikaya yerləşdirməkdə itiham edilir.