https://sputnik.az/20220803/ukrayna-taxilini-dasiyan-gemide-yoxlama-basa-catib-444659071.html
Ukrayna taxılını daşıyan gəmidə yoxlama başa çatıb
Ukrayna taxılını daşıyan gəmidə yoxlama başa çatıb
Sputnik Azərbaycan
Bildirilib ki, 27 min ton qarğıdalı daşıyan gəmi Liviyaya gedəcək və yaxın zamanda İstanbul boğazından yola düşəcək. 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T19:25+0400
2022-08-03T19:25+0400
2022-08-03T19:25+0400
dünya xəbərləri
milli müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427038161_0:27:1201:702_1920x0_80_0_0_c0cad67fc42ec21a0b71f7f31f35249e.jpg
BAKI, 3 avqust — Sputnik. Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin Ukraynadan qarğıdalı gətirən gəmini yoxlaması başa çatıb.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, 27 min ton qarğıdalı daşıyan gəmi Liviyaya gedəcək. Gəminin yaxın zamanda İstanbul boğazından yola düşəcəyi gözlənilir.Daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, ərzaq daşıyan ilk gəmi - Syerra Leone bayrağı altında "Razoni" quru yük gəmisi bazar ertəsi Moskva vaxtı ilə saat 9.20-də Odessa limanını tərk edib və avqustun 2-də İstanbula çatmalıdır.İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb. Sazişlər Ukraynadan taxıl ixracı üçün dəhlizin yaradılmasını nəzərdə tutur.Müqavilənin imzalanma mərasimi bu yaxınlarda, martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabaxça sarayında baş tutub.
https://sputnik.az/20220801/taxil-dasiyan-ilk-gemi-odessadan-cixib-livana-yollanacaq---turkiye-mudafie-nazirliyi-444569399.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427038161_114:0:1085:728_1920x0_80_0_0_e27e36093806a974b4743d8bf801bd92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
milli müdafiə nazirliyi
Ukrayna taxılını daşıyan gəmidə yoxlama başa çatıb
Bildirilib ki, 27 min ton qarğıdalı daşıyan gəmi Liviyaya gedəcək və yaxın zamanda İstanbul boğazından yola düşəcək.
BAKI, 3 avqust — Sputnik. Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin Ukraynadan qarğıdalı gətirən gəmini yoxlaması başa çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 27 min ton qarğıdalı daşıyan gəmi Liviyaya gedəcək. Gəminin yaxın zamanda İstanbul boğazından yola düşəcəyi gözlənilir.
Daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, ərzaq daşıyan ilk gəmi - Syerra Leone bayrağı altında "Razoni" quru yük gəmisi bazar ertəsi Moskva vaxtı ilə saat 9.20-də Odessa limanını tərk edib və avqustun 2-də İstanbula çatmalıdır.
İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb. Sazişlər Ukraynadan taxıl ixracı üçün dəhlizin yaradılmasını nəzərdə tutur.
Müqavilənin imzalanma mərasimi bu yaxınlarda, martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabaxça sarayında baş tutub.