Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şuşa teatrı doğma torpağına qayıdacaqmı?

© Sputnik / Murad OrujovВид на город Шуша
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 03.08.2022
Abunə olmaq
Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.
BAKI, 3 avqust — Sputnik. Mədəniyyət naziri Anar Kərimov 1992-ci ildə Şuşanın işğalından sonra Bakıya köçən Şuşa teatrının gələcək taleyi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Teatrın doğma torpağına - Şuşaya qayıdıb-qayıtmaması ilə bağlı jurnalistlərin suallarını cavablandıran Mədəniyyət naziri bildirib ki, Şuşada yeni teatr binasının inşa edilməsi məsələsi nəzərdən keçirilir.
Nazirin sözlərinə görə, Şuşa Azərbaycan Prezidentin qərarı ilə qoruq elan edilib:
"İşğal dövründə Şuşa teatrı məcburi köçkün olaraq fəaliyyətini davam etdirirdi. Şuşa azad olunandan sonra ilk qərarımızdan biri də o oldu ki, həmin teatr Şuşada tamaşa nümayiş etdirsin. Hesab edirəm ki, çox uğurlu tamaşa oldu. Şuşanın Baş planı təsdiq edilsə də, təfsilatlı plan hazırlanmaqdadır. Belə ki, orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik".
A.Kərimov əlavə edib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.
Məlumat üçün bildirək ki, Şuşa Dövlət Musiqili Dram Teatrı 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişidilərərk Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettaları da nümayiş olunub. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəs­karlar dram dərnəyin­də, daha sonralar Xalq teatrında fəaliyyətlə­rini davam etdiriblər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tə­rəfindən (25 may 1992) Şuşa Dövlət Mu­siqili Dram Teatrının fəaliyyəti bərpa edildi. 1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçdü. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdı (1992–2005). Teatrın Bakıda ilk tamaşası 13 fevral 1993-cü ildə Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili əsəri olub.
Xəbər lenti
0