https://sputnik.az/20220803/sosial-sebekede-ozunu-zabit-kimi-teqdim-eden-esger-ordu-siralarindan-xaric-edilib-444658048.html
Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
Sputnik Azərbaycan
Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən əsgər Urfan Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu... 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T16:35+0400
2022-08-03T16:35+0400
2022-08-03T16:35+0400
sosial şəbəkə
hərbi
müdafiə nazirliyi
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_0:320:3073:2048_1920x0_80_0_0_f1b44fd9954c8597716aacf5f1f6227e.jpg
BAKI, 3 avqust — Sputnik. Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mədədov Urfan İsə oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkarlanıb: "Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən əsgər Urfan Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb"."Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir", - məlumatda qeyd edilib.Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib."Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.Bildirilib ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_169:0:2900:2048_1920x0_80_0_0_32822c6adae1b5b595436164c9ec1280.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sosial şəbəkə, müdafiə nazirliyi, azərbaycan ordusu
sosial şəbəkə, müdafiə nazirliyi, azərbaycan ordusu
Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən əsgər Urfan Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.
BAKI, 3 avqust — Sputnik. Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mədədov Urfan İsə oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkarlanıb:
"Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən əsgər Urfan Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb".
"Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir", - məlumatda qeyd edilib.
Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
"Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.
Bildirilib ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.
Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.