DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran "Xəyyam" peykini Baykonur kosmik stansiyasından orbitə buraxmağa hazırlaşır

© Sputnik / Maxim Blinov / Mediabanka keçidСтарт космического корабля "Союз ТМА-19М" с космодрома Байконур
Старт космического корабля Союз ТМА-19М с космодрома Байконур - Sputnik Azərbaycan, 1920, 03.08.2022
Abunə olmaq
“Xəyyam” qabaqcıl peyki gələn həftə Qazaxıstanın Baykonur kosmik stansiyasından “Soyuz” peyk daşıyıcısı ilə orbitə buraxılacaq.
BAKI, 3 avqust - Sputnik. İran İslam Respublikası gələn həftə "Xəyyam" peykini orbitə buraxacaq.
Bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya ilə birgə əməkdaşlıq çərçivəsində “Xəyyam” qabaqcıl peyki gələn həftə Qazaxıstanın Baykonur kosmik stansiyasından “Soyuz” peyk daşıyıcısı ilə orbitə buraxılacaq.
Dəqiq ölçülərə malik bu qabaqcıl peyk ölkənin müxtəlif hissələrini daha “ağıllı” etmək üçün dəqiq məkan məlumatlarından istifadə imkanı verəcək.
Kənd təsərrüfatı məhsuldarlığının artırılması, ölkənin su ehtiyatlarının dəqiq monitorinqi, təbii fəlakətlərin idarə edilməsi, tikintilərin monitorinqi və torpaqların mənimsənilməsi ilə mübarizə, ekoloji təhlükələrin monitorinqi, mina və faydalı qazıntıların monitorinqi, ölkə sərhədlərinin monitorinqi və bir çox digər tətbiqlər, o cümlədən alınan məkan məlumatlarının alınması zamanı "Xəyyam" peykindən istifadə olunacaq.
Xəbər lenti
0