Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Raket və Artilleriya Qoşunlarında məşğələlər keçirilir

© AR Ministry of DefenceRaket və Artilleriya Qoşunlarında məşğələlər keçirilir
Raket və Artilleriya Qoşunlarında məşğələlər keçirilir - Sputnik Azərbaycan, 1920, 03.08.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Plana uyğun olaraq "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
BAKI, 3 avqust — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir.
Xəbər lenti
0