ELM

Qobustana aid filmin və kataloqun təqdimatları oldu

© AP Photo / Julio Cortezkinolent
kinolent - Sputnik Azərbaycan, 1920, 03.08.2022
Abunə olmaq
Tədqiqatın nəticələrini özündə əks etdirən "Qobustan. Cingirdağ-Yazılıtəpə vǝ Sona qaya petroqliflərinin korpusu" adlı yeni kataloq çap olunub.
BAKI, 3 avqust — Sputnik. Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunun sifarişi ilə ərsəyə gələn “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçirilib.
Tədbir çərçivəsində qoruğun nəşr etdirdiyi kitab, jurnal və bukletlərdən ibarət sərgi təşkil olunub.
© Sputnik / Shahperi Abbasova“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi  - Sputnik Azərbaycan, 1920, 03.08.2022
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi
Tədbiri giriş sözü ilə açan Qobustan Milli Tarixi-Bədii Qoruğuna direktoru Vüqar İsayev bildirib ki, Cingirdağ-Yazılıtəpə və yeni aşkarlanmış Sona qaya sahəsindəki təsvirli daşlar sənədləşdirilib: "3 illik tədqiqatın nəticəsi olaraq Cingirdağ-Yazılıtəpə ərazisində 169 təsvirli daşda (tədqiqata qədər 151 idi) 1347 (tədqiqata qədər 877 idi) qayaüstü tasvir, işarə, dəlmə və çapma sənədləşdirilərək qeydiyyata alınıb. Qobustan qoruğunda 541 yeni təsvir və 18 yeni təsvirli qaya qeydə alınıb".
Direktor əlavə edib ki, tədqiqatın nəticələrini özündə əks etdirən "Qobustan. Cingirdağ-Yazılıtəpə vǝ Sona qaya petroqliflərinin korpusu" adlı yeni kataloq çap olunub.
Daha sonra çıxış edən Mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2013-cu ildə Qobustan UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Qobustan qayaüstü rəsmləri böyük tədqiqatlar üçün böyük bir abidədir: "Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Elmi-tədqiqat müəssisəsi kimi qoruqda yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır. Bununla yanaşı qoruq elmi-tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun nəşridir".
© Sputnik / Shahperi Abbasova“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi  - Sputnik Azərbaycan, 1920, 03.08.2022
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi
Qobustan Milli Tarix-Bədii Qoruğunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradovanın apardığı araşdırmalar haqqında məlumat verib. Tarixçi alim bildirib ki, sözügedən abidənin dünyada analoqu yoxdur.
Qeyd edək ki, 2016-cı ildə Qobustan qoruğunda “Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Tədqiqat layihəsinin ilkin nəticələri “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqda əksini tapıb.
© Sputnik / Shahperi Abbasova“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi  - Sputnik Azərbaycan, 1920, 03.08.2022
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi
Qobustan Milli Tarix-Bədii Qoruğu həmçinin Qobustan abidələrinin ölkə və beynəlxalq səviyyədə təbliği işini də bütün mümkün imkan və vasitələrlə davam etdirir. Bu məqsədlə mütəmadi tədbirlər həyata keçirən qoruğun bu istiqamətdə təqdim etdiyi yeni layihə “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filmidir. Qobustan Milli Tarix-Bədii Qoruğunu sifarişi ilə ərsəyə gələn film dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olan Qobustan abidələrindən, burada aparılan elmi-tədqiqat işlərindən bəhs edir.
Sonda “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filmi nümayiş olundu.
Xəbər lenti
0