Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev onları mükafatlandırdı

© Official website of President of Azerbaijan RepublicПод председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года
Под председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года - Sputnik Azərbaycan, 1920, 03.08.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Prezidentin sərəncamı ilə festivalda ən yüksək nəticə göstərən Azərbaycan idmançıları və onların məşqçiləri mükafatlandırılıblar
BAKI, 3 avqust — Sputnik. Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Sərəncamla festivalda ən yüksək nəticə göstərən Azərbaycan idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:
- birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat;
- ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat;
- üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat;
- komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Xəbər lenti
0