https://sputnik.az/20220803/opec-olkeleri-neft-hasilatinin-artirilmasi-barede-raziliga-gelibler-444664667.html
OPEC+ ölkələri neft hasilatının artırılması barədə razılığa gəliblər
OPEC+ ölkələri neft hasilatının artırılması barədə razılığa gəliblər
Sputnik Azərbaycan
Bu gün OPEC+ ölkələrinin toplantısında sentyabr ayı üçün hasilat məsələsi müzakirə edilib. 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T20:20+0400
2022-08-03T20:20+0400
2022-08-03T20:20+0400
opec
iqtisadiyyat
opec+ nazirlərinin birgə monitorinq komitəsi
neft
https://cdnn1.img.sputnik.az/img/42359/37/423593713_0:152:1501:996_1920x0_80_0_0_5814cfafa7df9c7b59b389e451115498.jpg
BAKI, 3 avqust — Sputnik. OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin iclasında sentyabr ayında gündəlik neft hasilatının 100 min barel artırılması razılaşdırılıb.Qeyd edək ki, iyunun 30-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.Avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barel artırılaraq 717 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edimiş tarixi razılaşmanın mərhələli icrası çərçivəsində OPEC+ ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır.Azərbaycanın xam neft hasilatının azaldılması ilə bağlı uzunmüddətli öhdəlikləri başa çatırBununla da Azərbaycan da daxil olmaqla "Əməkdaşlıq Bəyannaməsi" iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barel, ikinci mərhələdə 7,7 mln. barel və üçüncü mərhələdə 5,8 mln. barelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.Bu müddət ərzində OPEC+ mütəmadi iclaslar zamanı qəbul edilmiş qərarlarla istehsal məhdudiyyətlərini davamlı düzəlişlər etməklə tədricən həyata keçirdi.Xatırladaq ki, OPEC+ ölkələri üzrə 5,8 mln. barelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42359/37/423593713_0:0:1339:1004_1920x0_80_0_0_b2b7548e183d32d36d0228d300d3afed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
opec, opec+ nazirlərinin birgə monitorinq komitəsi, neft
opec, opec+ nazirlərinin birgə monitorinq komitəsi, neft
OPEC+ ölkələri neft hasilatının artırılması barədə razılığa gəliblər
Bu gün OPEC+ ölkələrinin toplantısında sentyabr ayı üçün hasilat məsələsi müzakirə edilib.
BAKI, 3 avqust — Sputnik. OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin iclasında sentyabr ayında gündəlik neft hasilatının 100 min barel artırılması razılaşdırılıb.
Qeyd edək ki, iyunun 30-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.
Avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barel artırılaraq 717 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.
Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edimiş tarixi razılaşmanın mərhələli icrası çərçivəsində OPEC+ ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır.
Azərbaycanın xam neft hasilatının azaldılması ilə bağlı uzunmüddətli öhdəlikləri başa çatır
Bununla da Azərbaycan da daxil olmaqla "Əməkdaşlıq Bəyannaməsi" iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barel, ikinci mərhələdə 7,7 mln. barel və üçüncü mərhələdə 5,8 mln. barelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.
Bu müddət ərzində OPEC+ mütəmadi iclaslar zamanı qəbul edilmiş qərarlarla istehsal məhdudiyyətlərini davamlı düzəlişlər etməklə tədricən həyata keçirdi.
Xatırladaq ki, OPEC+ ölkələri üzrə 5,8 mln. barelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.