https://sputnik.az/20220803/nikol-pasinyan-tecili-tehlukesizlik-surasini-toplayib-444665963.html
Nikol Paşinyan təcili Təhlükəsizlik Şurasını toplayıb?
Nikol Paşinyan təcili Təhlükəsizlik Şurasını toplayıb?
Sputnik Azərbaycan
Erməni KİV-lərinin yaydığı məlumata görə, Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində iki erməni hərbçi həlak olub. 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T18:37+0400
2022-08-03T18:37+0400
2022-08-03T18:37+0400
siyasət
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
ermənistan
təmas xətti
azərbaycan-ermənistan qoşunlarının təmas xətti
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442603345_0:0:3091:1739_1920x0_80_0_0_40643ee2d0f02c9ef4b210de215c0eb8.jpg
BAKI, 3 avqust — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu barədə @bagramyan26 telegram kanalı rəsmi mənbələrə istinadla xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub. Avqustun 2-də və iyulun 31-də də Təhlükəsizlik Şurasının iclasları keçirilib.Erməni KİV-lərinin yaydığı məlumata görə, Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində iki erməni hərbçi həlak olub.Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlər zamanı müqaviləli hərbçilər Qurgen Qabrielyan və Artur Xaçatryan həlak olublar. Daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Qeyd olunur ki, Azərbaycan tərəfi atıcı silahlarla yanaşı, minaatanlardan, qumbaraatanlardan və pilotsuz uçuş aparatlarından da istifadə edib.Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə birlikdə vəziyyəti sabitləşdirmək üçün tədbirlər görülür.Saat 18:00-a olan məlumata görə, əməliyyat-taktiki vəziyyət nisbətən stabildir."Hazırda Ermənistan-Azərbaycan sərhədində heç bir gərginlik yoxdur". Bu barədə Sputnik Ermənistan-a ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.Bu gün həmçinin Azərbaycan ərazilərində yaradılmış qondarma erməni qurumunun rəhbəri Arayik Arutyunyan qismən səfərbərlik elan edib.Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.Hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib.Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Hazırda istintaq davam edir.Bu arada Azərbaycan KİV-ləri müxtəlif mənbələrə istinadla Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində "Qisas" adlı antiterror əməliyyatlarına başladığını bəyan edib. Bu məlumat Azərbaycanın rəsmi mənbələri tərəfindən təsdiqlənməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442603345_8:0:2737:2047_1920x0_80_0_0_d180bbb157bd1bf8ae1cb995d1e35b8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ermənistan, təmas xətti, azərbaycan-ermənistan qoşunlarının təmas xətti
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, ermənistan, təmas xətti, azərbaycan-ermənistan qoşunlarının təmas xətti
Nikol Paşinyan təcili Təhlükəsizlik Şurasını toplayıb?
Erməni KİV-lərinin yaydığı məlumata görə, Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində iki erməni hərbçi həlak olub.
BAKI, 3 avqust — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu barədə @bagramyan26 telegram kanalı rəsmi mənbələrə istinadla xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub. Avqustun 2-də və iyulun 31-də də Təhlükəsizlik Şurasının iclasları keçirilib.
Erməni KİV-lərinin yaydığı məlumata görə, Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində iki erməni hərbçi həlak olub.
Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlər zamanı müqaviləli hərbçilər Qurgen Qabrielyan və Artur Xaçatryan həlak olublar. Daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd olunur ki, Azərbaycan tərəfi atıcı silahlarla yanaşı, minaatanlardan, qumbaraatanlardan və pilotsuz uçuş aparatlarından da istifadə edib.
Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə birlikdə vəziyyəti sabitləşdirmək üçün tədbirlər görülür.
Saat 18:00-a olan məlumata görə, əməliyyat-taktiki vəziyyət nisbətən stabildir.
"Hazırda Ermənistan-Azərbaycan sərhədində heç bir gərginlik yoxdur". Bu barədə Sputnik Ermənistan-a ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
Bu gün həmçinin Azərbaycan ərazilərində yaradılmış qondarma erməni qurumunun rəhbəri Arayik Arutyunyan qismən səfərbərlik elan edib.
Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Bu arada Azərbaycan KİV-ləri müxtəlif mənbələrə istinadla Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində "Qisas" adlı antiterror əməliyyatlarına başladığını bəyan edib. Bu məlumat Azərbaycanın rəsmi mənbələri tərəfindən təsdiqlənməyib.