https://sputnik.az/20220803/nazir-hazirda-elillik-derecesi-olmayan-sexslere-birdefelik-odenis-verilir-444646066.html
Nazir: "Hazırda əlillik dərəcəsi olmayan şəxslərə birdəfəlik ödəniş verilir"
Nazir: "Hazırda əlillik dərəcəsi olmayan şəxslərə birdəfəlik ödəniş verilir"
Sputnik Azərbaycan
Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T16:19+0400
2022-08-03T16:19+0400
2022-08-03T16:19+0400
nazir
cəmiyyət
əlillər
əlillik
ödəmə
birdəfəlik ödəmələr
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 3 avqust — Sputnik. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb.Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.Nazir deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir.Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.Nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradıldığını, müvafiq e-məlumat bazası formalaşdırıldığını qeyd edib. Birdəfəlik ödənişlərin e-sistem üzərindən proaktiv qaydada həyata keçirildiyini və artıq 11 min şəxsin bu ödənişlə əhatə olunduğunu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nazir, əlillər, əlillik, ödəmə, birdəfəlik ödəmələr
nazir, əlillər, əlillik, ödəmə, birdəfəlik ödəmələr
Nazir: "Hazırda əlillik dərəcəsi olmayan şəxslərə birdəfəlik ödəniş verilir"
Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub.
BAKI, 3 avqust — Sputnik. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir.
Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq.
Nazir birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradıldığını, müvafiq e-məlumat bazası formalaşdırıldığını qeyd edib. Birdəfəlik ödənişlərin e-sistem üzərindən proaktiv qaydada həyata keçirildiyini və artıq 11 min şəxsin bu ödənişlə əhatə olunduğunu bildirib.