SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov və Çavuşoğlu regiondakı prosesləri müzakirə ediblər

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationМинистр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу во время встречи в Анкаре
Министр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Турции Мевлют Чавушоглу во время встречи в Анкаре - Sputnik Azərbaycan, 1920, 03.08.2022
Abunə olmaq
XİN rəhbərləri Ukrayna taxılının təhlükəsiz ixracı məsələsini və regional prosesləri müzakirə etidblər.
BAKI, 3 avqust — Sputnik. "Kambocadan ayrılmazdan əvvəl rusiyalı həmkarım Sergey Lavrovla görüşdüm".
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Twitterdə bildirib.
"Ukrayna taxılının təhlükəsiz ixracı məsələsini və regional prosesləri müzakirə etdik", - Çavuşoğlu qeyd edib.
İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb. Sazişlər Ukraynadan taxıl ixracı üçün dəhlizin yaradılmasını nəzərdə tutur.
Müqavilənin imzalanma mərasimi bu yaxınlarda, martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabaxça sarayında baş tutub.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0