https://sputnik.az/20220803/kreml-rusiya-ukrayna-munaqisesinin-sulh-yolu-ile-helline-hazirdir-444656184.html
Kreml: Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazırdır
Kreml: Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazırdır
Sputnik Azərbaycan
Kremlin sözçüsü bildirib ki, sülhün şərtləri İstanbulda danışıqları aparan hər iki tərəf – Rusiya və Ukrayna arasında razılaşdırılıb. 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T18:58+0400
2022-08-03T18:58+0400
2022-08-03T19:23+0400
peskov
rusiya
rusiya prezidenti vladimir putin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/41270/71/412707193_0:160:3073:1888_1920x0_80_0_0_6b5468843198734b0f7f4cc2e3daf46b.jpg
BAKI, 3 avqust — Sputnik. Rusiya Ukraynadakı münaqişənin öz şərtləri əsasında sülh yolu ilə həll etməyə hazırdır ki, bu da hamıya məlumdur. Bu barədə Kreml məlumat verib.Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin söhbəti zamanı Moskvanın həqiqətən də münaqişəni diplomatiya yolu ilə həll etməyə hazır olduğunu bəyan edib-etməməsi ilə bağlı sualına cavab verib: "Bəli, həqiqətən də Rusiya Ukrayna problemini diplomatiya yolu ilə, öz şərtləri əsasında həll etməyə hazırdır. Bu şərtlər İstanbulda danışıqları aparan hər iki tərəf – Rusiya və Ukrayna arasında razılaşdırılıb"."Bundan sonra Ukrayna tərəfi bu razılaşmadan imtina edərək danışıq masasını tərk edib", - deyə Peskov əlavə edib. Kremlin sözçüsü Rusiyanın şərtlərinin Ukraynaya yaxşı məlum olduğunu da xatırladıb: "Bəli, Rusiya hazırdır və bizim şərtlərimiz Ukrayna tərəfinə yaxşı məlumdur. Bu və ya digər şəkildə təmin olunacaq". Şröderin Putinlə söhbətində bu danışıqlarda, o cümlədən qazla bağlı danışıqlarda vasitəçi olmağa hazır olub-olmadığını dəqiqləşdirən suala Peskov belə cavab verib: "Şröder vasitəçi olmaq istəyini ifadə etməyib".
https://sputnik.az/20220330/lavrov-stanbul-gorusunun-neticelerini-ciddi-irelileyis-adlandirib-440630388.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41270/71/412707193_170:0:2901:2048_1920x0_80_0_0_db60100b456d8b097bf6da6f927b517d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, rusiya prezidenti vladimir putin, ukrayna
peskov, rusiya prezidenti vladimir putin, ukrayna
Kreml: Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazırdır
18:58 03.08.2022 (Yenilənib: 19:23 03.08.2022) Kremlin sözçüsü bildirib ki, sülhün şərtləri İstanbulda danışıqları aparan hər iki tərəf – Rusiya və Ukrayna arasında razılaşdırılıb.
BAKI, 3 avqust — Sputnik. Rusiya Ukraynadakı münaqişənin öz şərtləri əsasında sülh yolu ilə həll etməyə hazırdır ki, bu da hamıya məlumdur. Bu barədə Kreml məlumat verib.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin söhbəti zamanı Moskvanın həqiqətən də münaqişəni diplomatiya yolu ilə həll etməyə hazır olduğunu bəyan edib-etməməsi ilə bağlı sualına cavab verib:
"Bəli, həqiqətən də Rusiya Ukrayna problemini diplomatiya yolu ilə, öz şərtləri əsasında həll etməyə hazırdır. Bu şərtlər İstanbulda danışıqları aparan hər iki tərəf – Rusiya və Ukrayna arasında razılaşdırılıb".
"Bundan sonra Ukrayna tərəfi bu razılaşmadan imtina edərək danışıq masasını tərk edib", - deyə Peskov əlavə edib.
Kremlin sözçüsü Rusiyanın şərtlərinin Ukraynaya yaxşı məlum olduğunu da xatırladıb:
"Bəli, Rusiya hazırdır və bizim şərtlərimiz Ukrayna tərəfinə yaxşı məlumdur. Bu və ya digər şəkildə təmin olunacaq".
Şröderin Putinlə söhbətində bu danışıqlarda, o cümlədən qazla bağlı danışıqlarda vasitəçi olmağa hazır olub-olmadığını dəqiqləşdirən suala Peskov belə cavab verib: "Şröder vasitəçi olmaq istəyini ifadə etməyib".