Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov İstanbul görüşünün nəticələrini ciddi irəliləyiş adlandırıb

© MAXIM SHEMETOV / POOL / AFPRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Rusiya XİN başçısı: "Danışıqlarda Ukraynanın bloklardan kənar statusunun təmin edilməsinin vacibliyinin Kiyev tərəfindən təsdiqlənməsi ciddi irəliləyişdir"
BAKI, 30 mart - Sputnik. Rusiya XİN rəhbəri Sergey Lavrov Moskva-Kiyev danışıqları barədə açıqlama verib.
"️Ukraynalı həmkarlarımızın Krım və Donbas məsələlərinin artıq həll olunduğunu anlamasını irəliləyiş kimi dəyərləndirirəm", - o, deyib.
RF XİN başçısı əlavə edib ki, İstanbulda baş tutmuş danışıqları irəli hərəkət kimi qiymətləndirirlər. Lakin bu, yekun nəticə deyil.
"️Danışıqlarda Ukraynanın bloklardan kənar statusunun təmin edilməsinin vacibliyinin Kiyev tərəfindən təsdiqlənməsi ciddi irəliləyişdir", - deyə Lavrov bildirib.
Xatırladaq ki, martın 29-da İstanbuldakı tarixi Dolmabahçe sarayında Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu olub. Görüş 3 saat davam edib.
Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqlar barədə məlumat verərkən onu "konstruktiv" adlandırıb.
Onun sözlərinə görə, dünən Ukrayna ilk dəfə olaraq Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərinin qurulması üçün bir sıra vacib şərtləri yerinə yetirməyə hazır olduğunu qeyd edib.
Medinskinin sözlərinə görə, Ukrayna mahiyyət etibarilə Rusiyanın NATO-ya üzv olmamaq və hərbi bazaları yerləşdirməkdən imtina tələbləri ilə razılaşıb.
Həmçinin Ukrayna tərəfi nüvə silahından imtina edəcəyini də bildirib.
Lakin Rusiyanın Krım və Donbassla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır.
"Danışıqların nəticəsi olaraq Ukrayna öz təkliflərində hərbi təlimləri yalnız qarant dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirməyi öz öhdəsinə götürür", - Medinski bildirib.
O əlavə edib ki, Rusiya Federasiyası xüsusi əməliyyat keçirməyə məcbur olub. Belə ki, Kiyevin Donbassda hücuma hazırlaşdığına dair təkzibolunmaz sübutlar mövcuddur.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0