Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda istehlak səbəti

Abunə olmaq
DSK-nın məlumatına görə, cari ilin iyun ayında ən çox qiymət artımı tütün məmulatlarında, kərə və bitki yağlarında, mineral sularda, spirtsiz içkilərdə və meyvə şirələrində özünü göstərib.
BAKI, 3 avqust — Sputnik. Tütün məmulatları, kərə və bitki yağları üzrə qiymət artımı rekord səviyyəyə çatıb. İstehlak səbətinin necə dəyişdiyi barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin iyununda Azərbaycanda ərzaq məhsullarının qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 21,3% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən ərzaq məhsullarının maya dəyəri 19% artıb.
Eyni zamanda, 2022-ci ilin iyununda may ayı ilə müqayisədə qiymətlər 1,2% azalıb.
Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin iyun ayında ən çox qiymət artımı tütün məmulatlarında, kərə və bitki yağlarında, mineral sularda, spirtsiz içkilərdə və meyvə şirələrində, həmçinin şəkər, mürəbbə, bal, şokolad və konfetlərdə özünü göstərib.
Xəbər lenti
0