https://sputnik.az/20220802/vladimir-norov-serhedlerinin-toxunulmazligina-qeti-desteyimizi-bir-daha-tesdiqledik-444613435.html
Vladimir Norov: "Sərhədlərinin toxunulmazlığına qəti dəstəyimizi bir daha təsdiqlədik"
Vladimir Norov: "Sərhədlərinin toxunulmazlığına qəti dəstəyimizi bir daha təsdiqlədik"
Sputnik Azərbaycan
Tərəflər bu ilin noyabrında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının birinci zirvə toplantısına hazırlığı müzakirə ediblər. 02.08.2022, Sputnik Azərbaycan
2022-08-02T20:29+0400
2022-08-02T20:29+0400
2022-08-02T20:29+0400
azərbaycan
dünya xəbərləri
özbəkistan
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444612075_0:200:3073:1928_1920x0_80_0_0_61fbaeffebca80ba16dfd29dd74dbb01.jpg
BAKI, 2 avqust — Sputnik. "Bugünkü görüş yüksək səviyyəli danışıqların məntiqi davamı və üç strateji və mənəvi cəhətdən yaxın tərəfdaş dövlət üçün tamamilə yeni əməkdaşlıq formatıdır ki, bu da regional və beynəlxalq siyasətin aktual məsələlərinin hərtərəfli müzakirəsi üçün unikal imkan yaradır". Bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə bildirib."Bu gün biz nəqliyyat əlaqələrinin və informasiya-kommunikasiya infrastrukturunun inkişafı yolu ilə də qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq hər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti və qeyd-şərtsiz dəstəyini bir daha təsdiqlədik. Üzvləri Özbəkistan, Azərbaycan və Türkiyə olan beynəlxalq təşkilatlar çərçivəsində səylərin əlaqələndirilməsini davam etdirməyə hazır olduğumuzu bildirdik", - XİN başçısı vurğulayıb.Eyni zamanda, V.Norov qeyd edib ki, tərəflər bu ilin noyabrında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının birinci zirvə toplantısına hazırlığı müzakirə ediblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444612075_0:0:2731:2048_1920x0_80_0_0_957755fe5e768b694fdb13ea676cbcc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, özbəkistan, türkiyə
azərbaycan, özbəkistan, türkiyə
Vladimir Norov: "Sərhədlərinin toxunulmazlığına qəti dəstəyimizi bir daha təsdiqlədik"
Tərəflər bu ilin noyabrında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının birinci zirvə toplantısına hazırlığı müzakirə ediblər.
BAKI, 2 avqust — Sputnik. "Bugünkü görüş yüksək səviyyəli danışıqların məntiqi davamı və üç strateji və mənəvi cəhətdən yaxın tərəfdaş dövlət üçün tamamilə yeni əməkdaşlıq formatıdır ki, bu da regional və beynəlxalq siyasətin aktual məsələlərinin hərtərəfli müzakirəsi üçün unikal imkan yaradır". Bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə bildirib.
"Bu gün biz nəqliyyat əlaqələrinin və informasiya-kommunikasiya infrastrukturunun inkişafı yolu ilə də qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq hər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qəti və qeyd-şərtsiz dəstəyini bir daha təsdiqlədik. Üzvləri Özbəkistan, Azərbaycan və Türkiyə olan beynəlxalq təşkilatlar çərçivəsində səylərin əlaqələndirilməsini davam etdirməyə hazır olduğumuzu bildirdik", - XİN başçısı vurğulayıb.
Eyni zamanda, V.Norov qeyd edib ki, tərəflər bu ilin noyabrında Özbəkistanda keçiriləcək Türk Dövlətləri Təşkilatının birinci zirvə toplantısına hazırlığı müzakirə ediblər.